Millimizin heyəti açıqlandı - Mahir Emreli siyahıda yoxdu!

20.03.2026 14:16 27
Ölkə futbolu
Millimizin “FİFA Series – 2026” turniri üçün heyəti açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, komanda martın 22-də Bakıda təlim-məşq toplanışına başlayacaq.

Milliyə dəvət alan futbolçuların siyahısı belədi:

Qapıçılar: Səlahət Ağayev, Rza Cəfərov (hər ikisi "Qəbələ"), Şahruddin Məhəmmədəliyev (Qarabağ), Aydın Bayramov (Zirə).

Müdafiəçilər: Cəlal Hüseynov ("Arda", Bolqarıstan), Anton Krivotsyuk ("Daejeon Hana", Cənubi Koreya), Rahil Məmmədov (Araz-Naxçıvan), Elvin Bədəlov (Neftçi), Bədavi Hüseynov, Elvin Cəfərquliyev (hər ikisi "Qarabağ"), Rəhman Daşdəmirov (Sabah), Abdulla Rzayev ("Şamaxı), Qismət Alıyev (Zirə).

Yarımmüdafiəçilər: Emin Mahmudov, Emil Səfərov (hər ikisi "Neftçi"), Rəhim Sadıxov, Ayxan Hüseynov (hər ikisi "Turan Tovuz"), Mustafa Əhmədzadə (Araz-Naxçıvan), Abdulla Xaybullayev, Xəyal Əliyev, Aleksey İsayev (hamısı "Sabah"), Toral Bayramov (Qarabağ), Rüstəm Əhmədzadə (Sumqayıt"), Vüsal İsgəndərli ("Partizani", Albaniya), Ceyhun Nuriyev (Zirə).

Hücumçular: Renat Dadaşov ("Motor", Polşa), Musa Qurbanlı (Qarabağ).