Mahir Emreli Miroslav Klozeylə görüşdü

22.03.2026 14:54 36
Aktual / Dünya futbolu
"Kayzerslautern"in hücumçusu Mahir Emreli keçmiş baş məşqçisi, "Nürnberq"in çalışdırıcısı Miroslav Kloze ilə görüşüb.

"Football-plus.az" xəbər verir ki, 2-ci bundesliqanın 27-ci turunda "Nürnberq" - "Kayzerslautern" matçından əvvəl tərəflərin səmimi görüşü olub.

Xatırladaq ki, ötən gün keçirilən oyun "Nürnberq"in qələbəsi ilə (3:0) başa çatıb. Mahir 56-cı dəqiqədə meydana daxil olub.