Abdul Raşid Mumini "Sumqayıt"da - rəsmi

31.07.2025 18:34 16
Ölkə futbolu
"Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Kimyaçılar" beninli cinah müdafiəçisi Abdul Raşid Mumini ilə 3 illik sözləşmə imzalayıb. 20 yaşlı oyunçu "Sumqayıt"da "25" nömrəli formada çıxış edəcək.