• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Müqavilə imzalamadan öncə Fernandu Santuşla və köməkçiləri ilə danışmışam"

Ölkə futbolu / Manşet

16-03-2026, 16:0

U-20 yığmamıza baş məşqçi təyin olunan Ruy Jorjenin mətbuat konfransı keçirilib.

“Football-plus.az” xəbər verir ki, portuqaliyalı mütəssis media nümayəndələrinin suallarını cavablandırıb.

- Hər şeydən öncə sizinlə birlikdə olmaq mənim üçün qürurdu. Ümid edirəm ki, qarşıdakı bir il ərzində çox yaxşı təcrübə keçərik. Bu müddət ərzində bərabər olacağıq.

- Fernandu Santuşla əlaqə saxlamısınız? Ondan hansı məlumatlatı almısınız?
- Uğur qazanmaq üçün çalışmaq lazımdı. Uğur idman nəticələrindən asılıdı. Bunu nə mən, nə də başqası "qarantiləşdirə" bilər. Bir komandada uğur qazanmaq futbolçuların əzmkarlığından asılıdı. Onlar üzərlərində işləməlidilər. Bunu bacarsaq, uğur da qazana bilərik. Müqavilə imzalamadan öncə Fernandu Santuşla və köməkçiləri ilə danışmışam. Həm ölkə, həm də insanlar haqda gözəl sözlər eşitdim. Bura gəldiyim ilk gündən deyilənlərin doğru olduğunu gördüm.

- Bilirsiz ki, Azərbaycan yığması Portuqaliya millisi deyil. Premyer-liqada legioner limiti ilə bağlı təklifiniz ola bilər?
- Hazırda bununla bağlı danışıq olmayıb. Çempionatla tanışam. Lakin əsas milli barədə nə isə deyə bilmərəm. Bir şeyi bilirəm ki, futbolçuların inkişafında klubların görəcəyi iş çox önəmlidi. Azərbaycan millisi ilə Portuqaliya yığması arasındakı fərqi anlayıram. Onu deyə bilərəm ki, Portuqaliya U-21 yığması ilə uğur qazananda biz dünya reytinqində 19-cu pillədə idik. Lakin son püşkatmada 3-cü yerə yüksəlmişdik. Bu, futbolçuların inkişafından asılıdı. Bizim burda ən böyük məqsədimiz bunu əldə etməkdi.

- Fernandu Santuş insanlarımızdan xoş sözlər deyib. Bəs futbolumuz haqqında nələrdən söz açıb?
- O, əsas millidi çalışırdı, mən isə U-20 yığmasında işləyəcəm. Onun yığmasındakı tələblər, futbolçu səviyyəsi fərqlidi. Söhbətimizdə suallarım fərqli istiqamətlərdə idi. Futbol haqda danışmamışıq. Digər məsələlər mənim öz işim olacaq.

- İllər öncə U-21 millimiz sizin çalışdırdığınız Portuqaliya yığması qarşılaşıb və 0:2, 1:3 hesabları ilə məğlub olub. İndi buradakı səviyyənin nə yerdə olduğunu, millidə kimlərin oynadığını maraqlanmısınız? Hansı matçları izləmisiniz?
- Əlbəttə ki, həmin oyunları xatırlayıram. Bernardo Silvanın debüt oyunu da həmin matçda olmuşdu. Federasiya rəhbərliyi ilə danışığımızda da bunları qeyd etmişik. Sloveniyada keçirilən turnirdə Malta və Polşa yığmaları ilə oyunlarınızı izləmişəm.

- Dünya çempionatı üçün sistemdə hansı dəyişikliklərə getməyi düşünürsünüz?
- Öncədən bu iki oyunu izləmişdim. Daha sonra Çexiya və Şimali İrlandiya ilə matçlara baxdım. Hələ son qərarımızı verməmişik, təhlillər aparırıq. Ən ali məqsədimiz odu ki, mundialdan qazanc əldə edək. Futbolçularımızın keyfiyyətini qaldırmalı, daha sonra digər məsələlərə keçməliyik.

- Komandaya aşılamaq istədiyiniz xüsusi taktika var, yoxsa bu, futbolçuların səviyyəsindən asılı olacaq?
- Hazırda taktika və oyun sxemi üzərində iş gedir. Futbolçularla tanış olduqdan sonra biləcəm ki, onlar mənə nəyi verə bilər. Hər birinin xarakteristikasını bilməliyəm ki, tələbimi müəyyənləşdirim.

- Portuqaliya xaricində məşqçi kimi çalışmamısız. Digər ölkələrdən təklifləriniz var idi? Azərbaycanla bağlı nə diqqətinizi çəkdi?
- Çoxsaylı təkliflərim olub. Portuqaliyada çalışarkən təkliflər almışam. Ürəyimə yatan layihə olmadığı üçün heç birini seçməmişəm. Çalışıram ki, layihəyə başlayarkən müqavilənin sonuna qədər orda xidmət göstərim. Bura gələrkən AFFA prezidenti Rövşən Nəcəflə görüşümüz olub. Danışıq zamanı federasiyanın həvəsli olduğunu gördüm. Bu, diqqətimi çəkdi, qərarımı verərkən səbəblərdən biri oldu.

- Sizi çox çətin bir missiya gözləyir. Aşağı yaş qrupları, infrastrukturla bağlı problemlər var. Matçların bir çoxu süni meydanlarda keçirilir. U-19 liqasında bütün meydançalar sünidi. Bunlarla bağlı nə düşünürsünüz?
- Hazırda onu bilirik ki, Dünya Çempionatında çıxış edəcəyik. Bu çıxış əziyyətimizin bəhrəsi deyil, ev sahibi olduğumuz üçündü. Digər ölkələr bura haqq qazanaraq gəlirlər. Bizimlə onlar arasında çox ciddi fərq var. Oyunçuların inkişafı ilə bağlı problemləri bilirəm. Məqsədlərimizdən biri də həmin fərqləri minimuma endirməkdi.

- Köməkçilərinizlə bağlı nə deyə bilərsiniz?
- Bəli, onlar Alexandro Silva və Romeo Almeydadı. 20 ilə yaxındı ki, birlikdə çalışırıq. Bu iki şəxs mənim ən güvəndiyim insanlardılar. Bu layihədə də mənə kömək edəcəklər.

MÜZƏFFƏR QULUZADƏ

Paylaş:
Digər xəbərlər

İdman

21-06-2023, 12:0

"Uğur qazanmaq üçün rəhbərlikdən çox şey asılıdı"

Yığma / Manşet

13-06-2024, 23:0

“Santuşla birlikdə yerli məşqçilər də çalışmalıdı” – Aslan Kərimov

Ölkə futbolu / Manşet

12-06-2024, 11:0

Fernandu Santuş millimizin baş məşqçisi oldu

Ölkə futbolu

8-09-2025, 12:0

Santuş istefaya göndərildi - rəsmi

Ölkə futbolu

8-10-2024, 11:0

Santuş jurnalistlərin suallarını cavablayacaq

Yığma

17-11-2024, 14:0

Fernandu Santuşun mətbuat konfransının vaxtı bilindi

Aktual
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
Son xəbərlər
  • Bu gün, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • Dünən, 23:24
    Bundan sonra İtaliyada oynayacaq
  • Dünən, 22:41
    Dortmundu tərk etdi
  • Dünən, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Dünən, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Dünən, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Dünən, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
  • Dünən, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Dünən, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Dünən, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Dünən, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Dünən, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Dünən, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Dünən, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Dünən, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Dünən, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Dünən, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Dünən, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Dünən, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Dünən, 10:20
    Milandan Turinə yollana bilər
  • Dünən, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Dünən, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • 11-08-2026, 23:0
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • 11-08-2026, 23:0
    "Hapoel" “Sabah”a rəqib oldu
  • 11-08-2026, 23:0
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • 11-08-2026, 22:0
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • 11-08-2026, 22:0
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • 11-08-2026, 21:0
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • 11-08-2026, 21:0
    Parisdən Madridə yollandı
Daha çox
Oxunub: 323
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 104
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə