"Ayın qolu"nun müəllifi mükafatlandırıldı

16.03.2026 16:02 17
Ölkə futbolu
2-ci liqada "Ayın qolu" layihəsi çərçivəsində fevral ayının ən yaxşı qolunun müəllifi olan Əli Bağırov mükafatlandırılıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb.

"Ağstafa Gəncləri"nin futbolçusuna mükafatı 18-ci turun "Şirvan"la qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.