20 yaşlı türkiyəli futbolçu dünyasını dəyişdi

15.03.2026 13:23 15
Dünya futbolu
Türkiyə futbolundan üzücü bir xəbər gəlib.

"Football-plus.az"ın məlumatına görə, neçə müddətdi xərçəng xəstəliyindən əziyyət çəkən ''İstanbulspor''un gənc üzvü Baran Alp Vardar bu gün əbədi olaraq gözlərini yumub. Özü də onun dünən - martın 14-də 20 yaşı tamam olmuşdu.

İstanbul klubu bununla bağlı məlumat paylaşaraq futbolçunun yaxınlarına başsağlığı verib.

''İstanbulspor''un öz yetirməsi olan Baran Alp Vardar hətta Türkiyə çempionatında da meydana çıxmışdı. ''İstanbulspor'' 2023/24-də elitada oynayarkən həmin vaxt 18 yaşlı futbolçu superliqada 3 oyuna çıxmışdı.