Brant İngiltərə yolunda

13.03.2026 10:00 12
Dünya futbolu
Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Yulian Brandt mövsümün sonunda komandadan ayrılacaq. Onun İngiltərə Premyer Liqasında çıxış etmək imkanı var.

"Football-plus.az" xəbər verir ki, 29 yaşlı oyunçu ilə “Arsenal” və “Aston Villa” maraqlanır.

Hər iki klub yay transfer dövründə Brandtı sərbəst agent kimi heyətinə qatmaq üçün cəhd göstərəcək.

Almaniyalı futbolçu bu mövsüm Bundesliqa çərçivəsində 20 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul