Asiyadan İngiltərəyə qayıda bilər

9.03.2026 20:36 7
Dünya futbolu
Darvin Nunyes yayda İngiltərəyə qayıda bilər.

"Football-plus.az" xəbər verir ki, hazırda Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edən Nunyesin adı son vaxtlar İngiltərə mətbuatı tərəfindən “Çelsi” ilə hallanır. London təmsilçisinin indiki vəziyyətindən məyus olduğu deyilən uruqvaylı futbolçunu transfer etmə istədiyi bildirilir.

Premyer-liqaya qayıtmaq üçün 26 yaşlı futbolçu maaşının azaldılmasına razı olmalıdı. “Transfermarket” portalı hazırda onun bazar dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, Nunyes daha əvvəl İngiltərə çempionatında “Liverpul”da keçirdiyi 95 oyunda 25 qol vurub və 16 məhsuldar ötürmə ilə yadda qalıb

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul