İngiltərəyə qayıtmaq şansı var

8.02.2026 10:31 44
Dünya futbolu
Xulian Alvares karyerasını yenidən İngiltərədə davam etdirə bilər.

"Football-plus.az" xəbər verir ki, “Atletiko”nun hücumçusu Londona yollanmaq şansına malikdi. ESPN-in məlumatına görə, “Çelsi” 26 yaşlı argentinalını heyətinə qatmaq üçün hərəkətə keçib. Artıq tərəflər arasında danışıqların başladığı bildirilir. Hətta futbolçunun nümayəndələri bu yaxınlarda Liqa Kuboku çərçivəsində Londonda keçirilən “Çelsi” - “Arsenal” matçını canlı izləyiblər.

“Transfermarkt” portalı Alvaresin transfer dəyərini 100 milyon avro qiymətləndirir.