Cordan Hendersonun Avropaya qayıtmaq şansı var.
"Football-plus.az" xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubunda çıxış edən ingilis futbolçu Niderlandda oynaya bilər. Onu “Ayaks” bu ay heyətinə cəlb etmək istəyir. 33 yaşlı futbolçunun bu mövsümün əvvəlindən çıxış etdiyi “Əl-İttifaq”da xoşbəxt olmadığı, Avropaya qayıtmaq niyyətində olduğu bildirilir.
Henderson hazırkı klubu ilə 19 oyuna çıxıb və 5 məhsuldar ötürmə edib.