Kanada yığmasının hücumçusu Sidni Krobsi komanda yoldaşı Konnor Makdevidin Qış Olimpiadasındakı çıxışı haqda danışıb.
"Football-plus.az" xəbər verir ki, “Edmonton”un forvardı Makdevid turnirdə keçirdiyi 6 oyunda 13 (2+11) xal toplayıb, Olimpiadanın hokkey turnirinin ən dəyərli oyunçusu sayılıb. Kanada finalda ABŞ-yə uduzduğuna görə Makdevid növbəti dəfə titula həsrət qalıb. Krosbi isə özündən daha çox Konnora görə məyusdu:
“Konnor bizi arxasınca daşımaq üçün gücü çatan hər şeyi etdi. Dünyanın ən yaxşı hokkeyçilərinin toplaşdığı turnirdə belə yüksək səviyyə nümayiş etdirmək qeyri-adi hadisədi. Bunu yaxından görəndə istər-istəməz Makdevidə görə heyifsilənirsən. Çünki o, hədsiz çox iş gördü, bütün mümkün aspektlərdə lider idi. Hamımız bir-birimiz, xüsusən də Konnor üçün qalib gəlmək istəyirdik. Arzulanan nəticəyə nail ola bilmədiyimizə görə kədər içindəyik”.