Sidni Krosbi daha yaxşı kapitandı

31.08.2024 20:52 282
İdman
“Bleacher Report” nəşri MHL komandalarının kapitanlarının reytinqini açıqlayıb.

“Pittsburq”un əfsanəvi hücumçusu Sidni Krosbi 1-ci pillədə qərarlaşıb. “Edmonton”dan Konnor Makdevid ikinci, “Vaşinqton”un rusiyalı kapitanı Aleksandr Oveçkin üçüncüdü. 2005-ci ildən paytaxt klubunun şərəfini qoruyan Ovi 2010-cu ildən bəri sarğını daşıyır.

Reytinqdə ilk “10-luğ”a Aleksandr Barkov (Florida), Mark Stoun (Veqas), Anje Kopitar (Los-Anceles), Ceymi Benn (Dallas), Cordan Staal (Karolina), Anders Li (Aylenders) və Qabriel Landeskoq (Kolorado) da daxildi.