Kurban Berdıyev vacib xallar itirdiyi matçı şərh etdi

1.03.2026 21:48 12
Ölkə futbolu / Manşet
Misli premyer-liqasının 22-ci turunda “Turan Tovuz” “İmişli” ilə heç-heçə etdi - 0:0.

Kurban Berdıyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Coş Cinelli və İbrahima Vacinin karyera keçmişi yaxşıdı. Onların meydanda sizə xeyir verməsi üçün nə qədər vaxta ehtiyac var?
- Məşqlərdə bunun üzərində işləyirik. Fikirləşirəm ki, oyunlarda problemi aradan qaldıracağıq.

- Qarşıda kubokda "Kəpəz" və çempionatda "Neftçi" ilə oyuna çıxacaqsız. Qısa müddətdə iki ağır oyuna çıxmaq nə dərəcədə futbolçuları yora bilər?
- Futbolçuların fiziki vəziyyətləri qane edir. Kubok matçına hazırlaşacağıq.

- Aleks Souzanı mövsümün sonuna qədər saxlayıb, daha sonra transferinə icazə vermək olmazdı?
- Xeyr, belə düşünmürük. Haqlı olaraq belə qərar vermişik.