Ulduz futbolçu sıradan çıxdı

2.03.2026 14:43 17
Dünya futbolu
“Əl-Hilal”ın yeni transferi Kərim Benzema zədələnib.

"Football-plus.az" xəbər verir ki, klubun mətbuat xidmətinin məlumatına görə, 38 yaşlı futbolçu məşqdə xəsarət alıb. Onun təxminən 10-15 gün yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Fransalı forvard Səudiyyə Ərəbistanı Pro Liqasının “Əl-Şəbab” və “Əl-Nəcm”lə matçlarını buraxacaq. O, həmçinin Asiya Çempionlar Liqasının 1/8 finalının “Əl-Sədd”lə ilk oyununda iştirak edə bilməyəcək.

Benzema “Əl Hilal”a bu ay “Əl İttihad”dan keçib. O, yeni klubunda 3 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə edib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul