• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qurban Qurbanovun qarşısına Avropa Liqasında 1/4 finala yüksəlmək hədəfi qoymaq real deyil” - yeni “Qarabağ” necə olacaq?

Manşet / Avrokuboklar

27-02-2026, 20:0

Çempionlar Liqasında mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayan, pley-offa qədər yüksələn “Qarabağ” iki oyunun nəticəsinə görə “Nyukasl”a 3:9 hesabı ilə uduzdu (1:6, 2:3).

“Köhlən atlar” tarixində yeni və daha bir şanlı səhifə yazdı. Artıq onlar üçün yeni mərhələ başlayır. Bir tərəfdən, “Qarabağ”ın növbəti dəfə çempion olmaq şansı o qədər də yüksək deyil. Digər tərəfdən, heyətdəki oyunçuların bir çoxu “yolüstədi”. Üstəlik Qurban Qurbanovun bir mütəxəssis kini “Qarabağ”da missiyasının bitdiyini düşünənlər də çoxdu. ÇL-dən sonrakı “Qarabağ” necə olacaq? Qurbanovun missiyası nədən ibarət olacaq?

Bu suallar ətrafında “Sumqayıt”ın əvəzedicilərinin baş məşqçisi Vaqif Cavadov və həmkarımız Emin Abbasov ilə danışdıq.

Vaqif Cavadov:

“Bu 10 oyunu “Qarabağ”ın hər bir futbolçusu möhtəşəm keçirdi. Hər futbolçunun komandanın uğurunda payı var. Kimsə özünü doğrultmaya da bilər. Bu futboldu, belə hallar olur. Amma bütün futbolçular “Qarabağ”a böyük fayda verdi, tarixi uğura imza atdılar. “Qarabağ”ın bundan sonrakı missiyasını məşqçilər də başa düşür. Yeni futbolçular cəlb olunacaq. Bu proses yavaş-yavaş gedəcək. Məncə, işlər başlayıb. Çünki yeni transfer də ediblər, komandaya qoşulan daha bir futbolçu var. Yəqin ki, bir neçə futbolçunu da izləyirlər. İnanıram ki, “Qarabağ” birdən-birə yox, yavaş-yavaş futbolçuları, heyəti dəyişəcək və yeni komanda görəcəyik. “Qarabağ”dan gözləntilər həmişə böyük olub. Çünki bizi uğurları ilə sevindirib, ÇL həyəcanı yaşadıb. Buna görə də həmişəki “Qarabağ”ı görmək istəyirik. Amma azarkeşlər də başa düşməlidi ki, bu hərdən alınır, hərdən yox. Zaman lazımdı. İnanıram ki, Qurban Qurbanov ən yaxşısını etməyə çalışacaq. “Qarabağ” gələn mövsüm də ÇL-də mübarizə aparmaq istəyəcək. Bunun üçün ən azı çempionatda qalib olmalıdılar. Bundan sonra bütün fikirlərini ölkə çempionatına yönəldəcəklər. Hansı komanda çempion olarsa, avrokuboklarda uğurlar arzulayıram. Təki Avropada ölkəmizi təmsil edənlər ən azı “Qarabağ” qədər uğurlu olsunlar”.

Emin Abbasov:

“Qarabağ"ın liqa mərhələsindəki çıxışını ümümi dəyərləndirsək, qapıçı Koxalskidən tutmuş, əsas heyətin, demək olar, bütün oyunçularının yaxşı təsir bağışladığını deyə bilərik. Amma "Liverpul" və "Nyukasl" ilə oyunlarda hamısı çətinlik çəkirdi. Çünki bu səviyyədə rəqiblə oynamaq, belə sürətlə ayaqlaşmaq olduqca ağırdı. Dəyişikliklər mütləq olmalıdı. Gələn mövsüm üçün 4-5 səviyyəli legioner gətirilməlidi. Bu mövsümün gedişində də gördük ki, "Qarabağ"ın ehtiyat oyunçular skamyası keyfiyyət baxımından geniş deyil. Bütün yük 11-12 futbolçunun üzərinə düşür, onlar da bir neçə cəbhədə oynamağa güc çatdıra bilmirlər. Premyer-liqada liderliyi əldən verməsinin də əsas səbəbi elə budu. Rəhbərliyin Qurban Qurbanovla bağlı gözləntilərinə gəlincə, "Qarabağ"ı idarə edən adamlar bu sahədə böyük təcrübəyə malikdi. Qurban Qurbanov onlar üçün tapıntıdı. Uzun illər əl-ələ verib yaxşı bir sistem qurublar. Avropanın aparıcı ölkələrində elə klublar görmüşük ki, ÇL-i qazanıblar, amma növbəti mövsüm bütün turnirlərdə uğursuz olublar. Qurban Qurbanov da, "Qarabağ" rəhbərliyi də işini yaxşı bilir - inkişafdan qalmamaq, heyəti güclü saxlamaq, oyunçu satmaq, avrokuboklarda müntəzəm liqa mərhələlərində oynamağa çalışmaq... Mən təxminən belə görürəm gələcəyi. Bu komanda buralara məhz belə adekvat düşüncə tərziylə yola çıxdığı üçün gəlib çatıb. Hamı məsələni bir cür görür. Mənim üçün missiya anlayışı deyə bir şey yoxdu. Bir hədəf qoyulmalıdı. Prioritet həmişə ÇL olur. Konfrans, Avropa Liqasının gəlirləri ilə Çempionlar Liqasının gəlirləri arasında kifayət qədər fərq var. Məncə, ÇL-in liqa mərhələsinə yüksəlməyə köklənməlidilər. Sabit şəkildə üç mövsüm ÇL-də mübarizə apara bilsələr, klub olaraq çox böyüyə bilərlər. Həm gəlir mənasında - yaxşı pullar qazanıb keyfiyyətli futbolçular gətirə bilərlər. Çempion ola bilməsələr, Konfrans, ya da Avropa Liqasında oynasalar, heç kim zəmanət vermir ki, komanda 1/4 finala, yarımfinala qədər irəliləyəcək. Çünki orda da elə-belə komanda yoxdu. “Böyük beşlik”də oynayan komandalar var ki, onları keçməmək də mümkündü. “Qarabağ” kimi klubun hədəfi nə ola bilər? İnkişafdan geri qalmamaq. Bunun üçün də çalışırlar. Qurban Qurbanov həmişə araşdırır, dünya futbolunda tədbiq olunan yenilikləri imkan daxilində komandaya gətirmək istəyir. Qurban Qurbanovun qarşısına Avropa Liqasında 1/4 finala yüksəlmək hədəfi qoymaq real deyil. “Qarabağ”ı kim görür, möcüzə kimi baxır. Deyirlər ki, bu heyətlə, belə dəyərə malik futbolçularla necə “24-lüy”ə düşdülər. Bu mümkünsüzü həyata keçirdik. Amma bu o demək deyil ki, komanda gələn mövsüm də ÇL-də “24-lüy”ə düşəcək. Bütün komandalar qarşısına hədəf qoyur. Məsələn, bu mövsüm ÇL-də rəqiblərimiz olan “Napoli”, “Ayntraxt”, “Ayaks”, “Kopenhagen”, “Atletik”in “24-lüy”ə düşə bilməməsi o demək deyil ki, gələn mövsüm də düşməyəcəklər. Yəni hər mövsümün öz gerçəklikləri var. Ona görə də reallıq hissini itirməmək lazımdı”.

MÜZƏFFƏR QULUZADƏ

Paylaş:
Digər xəbərlər

Yazarlar / Manşet

19-12-2025, 10:0

Qurban Qurbanovun gözündən düşən Yankoviçin taleyi necə olacaq? - iki yolu var...

Avrokuboklar / Manşet

21-01-2026, 15:0

“Dünənki oyunlar göstərdi ki, “köhlən atlar” məğlub olmamalı, ən azı bir xal qazanmalıdı” - Vaqif Sadıqov

Manşet / Avropa Liqası

14-11-2023, 12:0

“Qarabağ” üçün üç versiya: çətin, rahat, yoxsa ideal? - YAZI

Manşet / Avrokuboklar

2-10-2025, 20:0

''Qarabağ''ın pley-offa yüksəlmək şansı neçə faizdi?

Ölkə futbolu / Manşet

7-05-2025, 16:0

“Qarabağ”ın potensial rəqiblərindən 11-i bəllidi

Avrokuboklar

16-02-2026, 12:0

Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək

Aktual
İlahi Ədalət budu – sövdələşən yığmalardan 5-i evə yollandı!
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
"Nyu Seynts" azarkeşlərini Masazıra gətirməyəcək!
“Təəssüfləndiyim oyunçulardan biri Medinadı”
“Əsas məqsədi legioner həyatı yaşamaqdı” – Şahin Diniyevdən Coşqun haqda açıqlama
Son xəbərlər
  • Bu gün, 01:09
    İlahi Ədalət budu – sövdələşən yığmalardan 5-i evə yollandı!
  • Bu gün, 00:53
    Salah da 1/8 finalda! - DÇ gecəsi
  • Dünən, 23:52
    Almaniyadan İspaniyaya geri döndü
  • Dünən, 23:21
    Fransa klubunda məşqçi istefası
  • Dünən, 22:50
    Avrokuboklar ərəfəsində SOS: avropalılar bizi əzir!
  • Dünən, 22:29
    Növbəti oyunu buraxacaq
  • Dünən, 22:00
    Mareska “Etihad”a qayıtdı
  • Dünən, 21:31
    "Zirə"dən növbəti transfer
  • Dünən, 21:00
    "Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
  • Dünən, 20:24
    İtaliya klubuna gərək olmadı
  • Dünən, 19:57
    Gözlənilən keçid rəsmiləşdi
  • Dünən, 19:26
    İstefası qaçılmaz oldu
  • Dünən, 18:55
    “Qarabağ”ın oyununa bilet satışı müvəqqəti dayandırıldı
  • Dünən, 18:25
    "Qarabağ" - "Vestri" matçına bilet almayan qaldı?
  • Dünən, 17:54
    Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
  • Dünən, 17:41
    “Araz-Naxçıvan”da yeni məşqçi təyinatı
  • Dünən, 17:25
    “Qarabağ”dan növbəti transfer
  • Dünən, 16:15
    Yeni klubu Kevin Medinanı təqdim etdi
  • Dünən, 15:46
    “Kəpəz”ə yeni rəhbər seçildi
  • Dünən, 15:22
    Cavid Hüseynovun köməkçiləri müəyyənləşdi
  • Dünən, 14:51
    Amaniyaya qayıtdı
  • Dünən, 14:20
    ''Beşiktaş'' ilk transferini rəsmiləşdirdi
  • Dünən, 13:59
    AÇ-nin kubokunun Bakıda təqdimat mərasimi keçiriləcək
  • Dünən, 13:38
    ''Beşiktaş'' yayın ilk yoxlama oyununda qalib gəldi
  • Dünən, 13:17
    "Nyu Seynts" azarkeşlərini Masazıra gətirməyəcək!
  • Dünən, 12:59
    "Şəfa" yeni mövsüm üçün hazırlığa başladı
  • Dünən, 12:25
    Türkiyəli futbolçu Şimali Makedoniya yığmasında oynayacaq
  • Dünən, 11:54
    Portuqaliya İspaniyaya rəqib oldu - FİFA sayılmayan qol ilə bağlı açıqlama verdi
  • Dünən, 11:23
    Emil daha iki il "Sumqayıt"da
  • Dünən, 10:52
    Axırıncı dəfə olsun, Elvin!
  • Dünən, 10:31
    Millimiz Lüksemburqa qalib gəldi
  • Dünən, 10:00
    Sinner narazıdı, amma əvvəlki qədər yox - “Düşünürəm ki, indiyə qədər yetərincə danışmışıq”
  • Dünən, 08:10
    Ronaldonun Portuqaliyanı 1/8 finalda - DÇ səhəri
  • Dünən, 01:00
    İspaniya darmadağınla 1/8 finalda - DÇ gecəsi
  • 2-07-2026, 23:0
    "Daha fərqli, sürətli və hərəkətli komanda görəcəyik" - Yuri Vernidub
Daha çox
Oxunub: 316
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 246
Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
Oxunub: 237
Zaur Ramazanov bu dəfə “bu həftə” dedi…
Oxunub: 234
Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
Oxunub: 188
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 178
“Kəpəz”də təqdimat mərasimi keçiriləcək – yeni sədr axır ki, gün üzünə çıxır!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə