İtaliya klubunda ciddi itki

28.02.2026 22:28 14
Dünya futbolu
Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində “Bude/Qlimt”lə səfər matçında zədələnən Lautaro Martinesin aqibəti məlum olub.

"Football-plus.az" xəbər verir ki, argentinalı hücumçu baldır əzələsindən zədə alaraq 61-ci dəqiqədə əvəzlənmişdi. Müayinə nəticəsində Lautaronun sol ayağındakı problemin ciddi olduğu müəyyənləşib. O, təxminən bir ay futbol oynaya bilməyəcək.

Qeyd edək ki, Martines “İnter”in ən məhsuldar oyunçusudu. O, bu mövsüm A seriyasında 14 qolla bombardirlərin yarışında liderdi.