Evdədi, amma məşq edə bilməz! - Veysəl Rzayevdən xəbər var

21.02.2026 14:15 25
Aktual / Ölkə futbolu
Fevralın 3-ü səhər saatlarında Gəncədə bıçaqlanan Veysəl Rzayevdən şad xəbər var.

Bu barədə Gəncə Şəhər Xəstəxanasının ümumi cərrahı Etibar Abbasov “Football-plus.az”a məlumat verdi.

Həkimin sözlərinə görə, gənc futbolçunun müalicəsi tam bitib, fevralın 12-də evə buraxılıb. Veysəl artıq bir ay, ayyarım sonra məşqlərə də başlaya biləcək.

Xatırladaq ki, 23 yaşlı futbolçu yanvardan bəri “Kəpəz”in şərəfini qoruyur.

MÜZƏFFƏR QULUZADƏ