"Sabah" Gürcüstanda çempion oldu

16.02.2026 19:58
Ölkə futbolu
"Sabah"ın U-14 komandası Gürcüstanda keçirilən "Kobuleti Winter Cup" turnirinin qalibi oldu.

"Football-plus.az" xəbər verir ki, "Sabah" yarımfinalda Batumi "Dinamo"sunu (5:0), finalda isə "T.S. Academy" komandasını məğlub edərək (2:0), turniri çempion kimi başa vurub.