Millimiz Gürcüstanda böyük hesabla uduzdu

9.02.2026 15:26 31
Ölkə futbolu
Gürcüstanda təlim-məşq toplanışında olan 17 yaşadək qadın futbolçulardan ibarət millimiz ikinci yoxlama oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, komanda Tbilisidə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında baş tutan ilk görüş rəqibin 6:0 hesablı qələbəsi ilə başa çatmışdı.