"Sabah" çempion oldu

19.06.2023 20:15 292
Premyer-liqa
Türkiyənin Rize şəhərində keçirilən “Yiğit Demirel” Beynəlxalq Futbol Turnirinə yekun vurulub.


"Football-plus.az" xəbər verir ki, “Sabah”ın U-12 komandası turniri çempion kimi başa vurub. Qrup və 1/4 final mərhələsini uğurla başa vuran Nasir Nəsirlinin yetirmələri yarımfinalda “Samsunspor”u məğlub edərək (3:2) finala vəsiqə qazanıb. Həlledici matçda “Altınordu” ilə qarşılaşan komandamız bu oyundan da qalib ayrılaraq (1:0) çempion olub.

Yiğit Demirel Beynəlxalq Futbol Turniri

Yarımfinal
Sabah 3:2 Samsunspor
Qollar: Abbas Məmmədli (2), Həsən Ramazanov.

Final
Altınordu 0:1 Sabah
Qol: Abbas Məmmədli.