Millimizin baş məşqçisi Ayxan Abbasov AFFA-nın mətbuat xidmətinə açıqlamasında Millətlər Liqasının 2026/27 mövsümünün püşkünü dəyərləndirib.
"Football-plus.az" xəbər verir ki, mütəxəssis püşkü dəyərləndirərək, rəqibləri əvvəlcədən analiz etdiklərini bildirib. O, qarşıdakı yoldaşlıq görüşlərinin heyəti formalaşdırmaq üçün vacib olduğunu vurğulayıb və əsas hədəfin yenidən C Liqasına yüksəlmək olduğunu qeyd edib:
“Rəqiblərimiz bilindi, komandamız üçün xeyirli olsun. Bütün potensial rəqiblərlə tanış olmuşduq, oyunlarını izləmişdik. Əlbəttə, əsas məqsəd C Liqasına qayıtmaqdı. Qarşıdan yoldaşlıq görüşləri gəlir. Həmin oyunlarda futbolçuları izləmək, heyəti müəyyənləşdirmək imkanı olacaq. C Liqasına qayıdacağımıza inanıram”.
Xatırladaq ki, millimiz D Liqasının 2-ci qrupunda Litva və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq. Millətlər Liqasında yeni mövsümə sentyabrda start veriləcək.