Daniel Karvaxalın aqibəti müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, “Real” rəhbərliyi onunla yolları ayırmağa qərar verib. “Marca”nın xəbərinə görə, tərəflər ispaniyalı müdafiəçinin mövsümün sonunda komandanı tərk etməsi barədə razılığa gəliblər. Rəhbərlik futbolçunun hazırkı formasından narazıdı və buna görə ona yeni müqavilə təklif etməyi lazım bilməyib. Daniel isə oyun praktikasının azlığından narazıdı.
2013-cü ildə “Bayer-04”dən 6,5 milyon avroya transfer olunan futbolçu “Real”da 438 oyun keçirib, 14 qol və 65 məhsuldar ötürmə ilə yadda qalıb.
Təcrübəli oyunçu cari mövsümdə 10 matçda iştirak şansı qazanıb.