"Qarabağ" azarkeşlərini arenaya buraxmayan "Neftçi" cərimələndi

11.02.2026 14:56
Ölkə futbolu
Əvəzedicilər Liqasının 15-ci turunda "Qarabağ" azarkeşlərini arenaya buraxmayan "Neftçi" cərimələnib.

"Football-plusaz" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

"Ağ-qaralar"ın bu davranışı onlara 200 manata başa gəlib. Bundan başqa, sözügedən matçda "Qarabağ"ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 70 manat cərimə edilib.