AFFA premyer-liqa klublarını cərimələdi

26.11.2024 15:01 301
Ölkə futbolu
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Football-plus.az" xəbər verir ki, iclasda Misli premyer-liqasının 14-cü turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“Səbail” – “Qarabağ” oyununda “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib. 62-ci dəqiqədə “Səbail”in azarkeşləri tərəfindən lazer işıqdan istifadə edildiyinə görə klub 500 manat cərimələnib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Bakı təmsilçisi 800 manat cərimə edilib.

“Neftçi” – “Zirə” oyununun fasiləsində meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” 800 manat cərimələnib.

“Turan Tovuz” – “Sabah” görüşündə “Sabah”ın 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib.

“Sumqayıt” – “Şamaxı” oyununun 78-ci dəqiqəsində “Sumqayıt”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə klub 800 manat cərimələnib.