Misli premyer-liqasının 19-cu turunda keçirilməli olan “Şamaxı” – “Qarabağ” oyununun başlama saatı güclü qar səbəbindən dəyişilib.
"Football-plus.az" xəbər verir ki, bu haqda PFL məlumat yayıb.
Bildirilib ki, stadionun daha yaxşı vəziyyətə gətirilməsi, komandaların isinmə hərəkətlərini normal yerinə yetirə bilməsi üçün matça əvvəlcədən nəzərdə tutulduğu kimi 14.30-da deyil, 14.50-də start verilməsi planlaşdırılır.