• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ”la “Sabah” büdrədi, “Turan Tovuz”la “Şamaxı” qalib gəldi

Ölkə futbolu

9-02-2026, 16:0

Bizon ölkə kubokunda 1/4 finalın ilk oyunları keçirildi. Sumqayıtda qol vurulmadı, yəni həm eyniadlı komanda, həm də “Zirə” yarımfinala vəsiqə baxımından eyni dərəcədə şanslıdı. Rəşad Sadıqov hər nə qədər gizlətməyə çalışsa da, “qartallar” eniş yaşayır. Onlar ötən tur “Sumqayıt”ı özündən irəli buraxdı. Kubokdakı mümkün qələbə bu komandaların növbəti turdakı qarşılaşmasının da yönünü müəyyənləşdirə, yəni “Zirə” “Sumqayıt”ın gözünü qorxuda bilərdi.

Əslində digər oyunun nəticəsi daha böyük maraq doğurdu. İş ondadı ki, hər kəs “Sabah”ın “Qəbələ”ni məğlub edəcəyini gözləyirdi. Çempionatda inamla turnir cədvəlinə başçılıq edən, son aylarda ancaq tərif eşidən “bayquşlar” bu dəfə heç bir mənada ümidləri doğrultmadı – nə oyun, nə də nəticə baxımından. Əksinə, Massumonun 29-cu dəqiqədə penaltini də boşa verdiyini nəzərə alsaq, “Qəbələ” qələbəyə daha yaxın idi. Çox güman, Valdas Dambrauskasa Masazırın soyuq havası ilə yanaşı, komandasının oyunu da təsir etmişdi; litvalı mütəxəssis donuq baxışlarını bir nöqtəyə zilləyib dayanmışdı.

Növbəti oyunda futbolsevərlər qol görə bildi. Şamaxını bürüyən sıx duman üzündən eyniadlı komandanın “Qarabağ”la oyunu estetik baxımdan qətiyyən zövq oxşamasa da, “şirlər” qələbə sayəsində yarımfinala bir addım yaxınlaşdı. Onsuz da çempionat yolu ilə avrokuboklara vəsiqə qazanmaq “Şamaxı” üçün xəyaldı. Kubok isə həmişə uğura aparan qısa yoldu. “Qarabağ”ı kubokun cavab görüşünə qədər çox sərt, ağır qrafikin müşayiət etməsi Ayxan Abbasovun komandasının uğur şansını bir qədər də artırır.

Bu mərhələnin son oyununda “Turan Tovuz”la “Kəpəz” üz-üzə gəldi. “Sumqayıt”, “Zirə”, “Sabah” və “Qarabağ” kimi, “Turan Tovuz” da kubokda sona qədər irəliləmək fikrindədi. Axı ötən ilin acı təcrübəsi var. Onda məhz “Sabah”ın finalda “Qarabağ” üzərindəki qələbəsi tovuzluların avrokubok arzusunu gözündə qoymuşdu. Səhvdən nəticə çıxaran Kurban Berdıyev və komandası bu dəfə yarımfinala çıxmaq yolunda ilk addımı atdı. “Kəpəz” isə bu məğlubuiyyətin əvəzini çıxa bilər. Onu da xatırladaq ki, cavab oyunları martın 3-4-də keçiriləcək.

Bizon Azərbaycan kuboku, 1/4 final, ilk oyunlar
Sumqayıt – Zirə 0:0
Sabah – Qəbələ 0:0
Şamaxı – Qarabağ 2:1
Turan Tovuz – Kəpəz 1:0

ORXAN

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

4-12-2025, 23:0

Ölkə kuboku tarixində ilk: “Qarabağ” – “Turan Tovuz” finalına doğru!

Ölkə futbolu

7-01-2026, 14:0

Bizon ölkə kubokunda 1/4 finalın ilk oyunlarının vaxtı

Premyer-liqa / Manşet

7-02-2023, 14:0

Autsayder dəyişdi, “Sabah” liderə yaxınlaşdı - TURUN ŞƏRHİ

Ölkə futbolu / Manşet

11-02-2024, 16:0

“Zirə” 257 günlük həsrətə son qoydu – ÖZƏL STATİSTİKA

Premyer-liqa / Manşet

7-10-2022, 19:0

“Zirə”dən qələbə - YENİLƏNİB

Premyer-liqa

18-05-2023, 17:0

Meydan sahibləri qələbəyə həsrət qaldı – TURUN ŞƏRHİ

Aktual
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
“Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
“Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
Təəssüf: Nəriman Messi ilə üz-üzə gələ bilməyəcək!
Ceyhun Nuriyevin legionerlik arzusu niyə çin olmadı? - seçimini izah etdi
“Bu gün bəxtimiz gətirdi, eyni zamanda keyfiyyətimizi də göstərdik” - rəqibin qol vuran futbolçusu danışdı
Son xəbərlər
  • Bu gün, 00:21
    Fiziki qüsurlu futbolçu avrokubok matçında qol vurdu!
  • Dünən, 23:10
    MS-ni tərk edə bilər
  • Dünən, 22:40
    "Sizinlə işləmək mənim üçün böyük şərəf idi" - De Blekerdən AFFA-ya məktub
  • Dünən, 22:19
    "Sabah" nigeriyalı vinger aldı - RƏSMİ
  • Dünən, 21:59
    “Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
  • Dünən, 21:28
    Tofiq Musayevdən növbəti qələbə - UFC
  • Dünən, 21:17
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 21:00
    “Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
  • Dünən, 20:13
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 19:41
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    ''Qalatasaray''ın ulduzuna yenə təklif var
  • Dünən, 18:00
    “Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
  • Dünən, 17:39
    Muslera: ''Futbolun mənə bu qədər acı çəkdirəcəyini düşünməmişdim''
  • Dünən, 17:09
    ''Fənər''in bu futbolçusu İsmayıl Kartala lazım deyil
  • Dünən, 16:06
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 15:35
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:14
    ''Beşiktaş''la ''Fənər'' oyunçularını dəyişdirə bilərlər
  • Dünən, 14:53
    AFFA De Blekerlə vidalaşdı
  • Dünən, 14:22
    Təəssüf: Nəriman Messi ilə üz-üzə gələ bilməyəcək!
  • Dünən, 13:51
    Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
  • Dünən, 13:20
    Ceyhun Nuriyevin legionerlik arzusu niyə çin olmadı? - seçimini izah etdi
  • Dünən, 12:59
    ''Fənər''in hər iki oyununun hakimi bəlli oldu
  • Dünən, 12:28
    Yığmamız Portuqaliya ilə qarşılaşacaq
  • Dünən, 11:57
    ''Qalatasaray'' sonda paraqvaylı ulduza yönəldi
  • Dünən, 11:36
    “Bu gün bəxtimiz gətirdi, eyni zamanda keyfiyyətimizi də göstərdik” - rəqibin qol vuran futbolçusu danışdı
  • Dünən, 11:15
    Anatolinin adı iştirak ərizəsinə salınmadı
  • Dünən, 11:00
    “Qarabağ” Avropa Liqasından Konfrans Liqasına yollandı - REPORTAJ
  • Dünən, 10:53
    Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
  • Dünən, 10:36
    "Sabah"ın futbolçusu Ukrayna klubunda - RƏSMİ
  • Dünən, 10:15
    “Qarabağ”ın Kiyev “Dinamo”su ilə oyunlarının hakimləri
  • Dünən, 09:49
    ''Bavariya''nın fəxri prezidenti Oliseyə görə ''Real'' ilə məzələndi
  • Dünən, 00:25
    “Təəssüf ki, bizdə belə ustalıq səviyyəsinə malik oyunçu yoxdu” – Kiyev “Dinamo”sunun baş məşqçisi
  • Dünən, 00:10
    Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
  • Dünən, 00:09
    "Qəbələ" - "İmişli" matçında 4 qol
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 218
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 156
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 153
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə