Fevralın 4-də İtaliya kubokunun 1/4 finalına start verildi. Həmin gün mərhələnin ilk oyunu keçirildi. Gözlənildiyi kimi, ilk yarımfinalçı favorit sayılan “İnter” oldu.
Maraq üçün “Torino”nın bu mövsüm “İnter”lə ilk görüşünün uğursuz alındığını xatırladaq. A seriyasının 1-ci turunun ötən il avqustun 25-də Milanda keçirilən oyunu ev sahiblərinin 5:0 hesablı qələbəsi ilə nəticələnmişdi: Bastoni hesabı açmış, iki qol vuran Türam, Lautaro Martines və ikinci hissədə meydana çıxan Bonni turinlilərin darmadağınını təmin etmişdilər. Kubok oyunu meydana həm də qisas hissi ilə çıxacaq “Torino” üçün az-çox sərfəli fürsətlər yaratmışdı. Əvvəla, 1/4 final matçı XXV Qış Olimpiya Oyunlarına evsahibliyi edəcək Milanda deyil, Montsa şəhərində keçirildi. İkinci amil isə milanlıların start heyəti ilə bağlı idi. Əslində baş məşqçi Kristian Kivunun bir çox aparıcı futbolçunu ilk dəqiqələrdən oynatmayacağı gözlənilirdi. Amma bu da var ki, Kivunun həmkarı Marko Baroni də vacib oyunçulara az-çox istirahət verməyi lazım bilmişdi. Belədə nəticənin gözlənilən kimi olmaq ehtimalı artmaya bilməzdi.
Amma bu da var ki, kubok oyunu təxminən bərabər mübarizə şəraitində keçdi. “İnter” rəqibini yalnız topa sahibolmada (62 faiz) aşkar üstələyə bildi. A seriyasının lideri Bonni ilə 35-ci dəqiqədə hesabı açdı. 22 yaşlı hücumçuya ötürməni verən 21 yaşlı yarımmüdafiəçi Kamatenin əsas komandada ilk rəsmi oyununu keçirdiyini qeyd edək. Fasilədən sonra daha bir gənc – 22 yaşlı Diuf Türamın ötürməsi ilə ikinci qolu vurdu. Çox keçmədən bu mövsüm A seriyasında yalnız bir dəfə meydana çıxan xorvat hücumçu Kulenoviç fərqi azaltmaqla turinliləri ümidləndirdi. Qalan vaxtda nominal qonaqların hesabı bərabərləşdirmək üçün etdikləri cəhdlər bir nəticə vermədi və “İnter” yarımfinalın ilk iştirakçısı oldu. Kivunun komandası növbəti mərhələdə “Napoli” - “Komo” oyunun qalibi ilə qarşılaşacaq.
1/4 final
İnter – Torino 2:1
Bonni, 35. Diuf, 48 – Kulenoviç, 57.
İnter: X.Martines, Auqusto, Açerbi, De Vrey, Kokki (Bissek, 75), Diuf, Mxitaryan (Suçiç, 56), Frattezi, Kamate (Luis Enrike, 80), Bonni (F.Espozito, 56), M.Türam (L.Martines, 56).
Oyundan sonra
Kristian Kivu, “İnter”in baş məşqçisi: