Dieqo Simeonenin “Atletiko”dakı 14 illik karyerası sona çata bilər.
"Football-plus.az" xəbər verir ki, uzun illərdi komandaya rəhbərlik edən Simeonenin yayda klubu tərk edə biləcəyi məsələsi gündəmə gəlib. Argentinalı mütəxəssisin gedişinə səbəb kimi klubun idman direktoru Mateu Alemani ilə münasibətlərinin kəskinləşməsi göstərilir. Deyilənə görə, rəhbərlik artıq 55 yaşlı çalışdırıcını əvəz edəcək namizədlərin axtarışına başlayıb.
Simeone Madrid klubunu 2011-ci ilin sonundan çalışdırır.