"Qarabağ"ın prezidenti Tahir Gözəl Azərbaycan Televiziyasına açıqlama verib.
"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisinin rəhbəri "Neftçi" ilə oynayacaqları görüşün təxirə salınmasını istədiklərini bildirib:
"Qrafikimiz çox ağırdı, çox çətindi. “Neftçi” ilə daim təmasdayıq. “Neftçi”dən xahiş edirik ki, imkan varsa, oyun təxirə salınsın. Amma qərar onlarındı. Hər bir qərarlarına böyük ehtiramla yanaşacağıq".
Xatırladaq ki, "Qarabağ" fevralın 18-də Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la, fevralın 21-də "Neftçi" ilə qarşılaşacaq. Ayın 24-də isə "Qarabağ"ı İngiltərə səfəri gözləyir.