"Şəfa" "Baku Sportinq"lə heç-heçə etdi, "Səbail" qalib gəldi - YENİLƏNİB

5.02.2026 16:21 61
Ölkə futbolu / Manşet
Bu gün futbol üzrə ölkə çempionatının 1-ci liqasında qış fasiləsi başa çatacaq. Başqa sözlə, 13-cü tur başlayacaq.

"Football-plus.az" xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçiriləcək. Matçlar Peşəkar Futbol liqasının “1-ci liqa/2-ci liqa” “yutub” kanalında canlı yayınlanacaq.

5 fevral
Cəbrayıl – MOİK 2:2

Arsene Dauda, 11; 74 - Seyxan Fərəcov, 41. Mehrac Baxşalı, 69.
Şamaxı, Olimpiya İdman Kompleksinin stadionu. Saat 14.30.

Şəfa – Baku Sportinq 1:1
Emin Zamanov, 48-p. - Xəyyam Məmmədli, 75
Binə, qəsəbə stadionu. Saat 14.30.

Zaqatala – Səbail 0:1
Emil Qasımov, 18
Zaqatala, Olimpiya İdman Kompleksinin stadionu. Saat 14.30.

Xal durumu: Şəfa – 31, Baku Sportinq – 26, Səbail – 25, Mingəçevir, 21, Zaqatala – 17, MOİK – 15, Cəbrayıl - 13, Şahdağ Qusar – 12, Difai – 9, Şİmal – 5.

Bombardir: Seyxan Fərəcov (MOİK) – 12.

KƏNAN BAHADIR