Millimiz Özbəkistana qalib gəldi

4.02.2026 16:40 14
Ölkə futbolu
Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət millimiz ilk yoxlama oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, millimiz Daşkənddə Özbəkistanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. Görüş komandamızın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. U-19-un heyətində qolları Ayşən Salamzadə (11, 89) və Mədinə Curuqova (30) vurublar.

Komandalar arasında ikinci yoxlama oyunu fevralın 7-də keçiriləcək.