2-ci liqa klubu qanalı futbolçuyla anlaşdı - RƏSMİ

1.02.2026 19:58 41
Ölkə futbolu
“Şahdağ Qusar” Kvaku Acei ilə yeni müqavilə bağlayıb.

"Football-plus.az" xəbər verir ki, qanalı futbolçu 2026/27 mövsümünün sonunadək bölgə təmsilçisinin formasını geyəcək.

Karyerasına vətənində “Çariti Stars"da başlamış 19 yaşlı afrikalı Qusar klubunda mövsümün əvvəlindən çıxış edir.

Xatırladaq ki, "Şahdağ Qusar" 2-ci liqada 12 tur ərzində 12 xal toplayıb və 8-ci sırada qərarlaşıb.