Rusiya “Baltika”sı sosial şəbəkə hesablarında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Çempionlar Liqasındakı tarixi uğuruna toxunub.
"Football-plus.az" xəbər verir ki, Kalininqrad təmsilçisi sabiq futbolçusunu pley-off mərhələsinə yüksəlməsi münasibətilə xüsusi postla təbrik edib:
"Dünən axşam Azərbaycanın “Qarabağ” komandası rəsmi olaraq Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazandı. Bəs bunun bizim klubla nə əlaqəsi var? Çox sadə: Ağdam komandasına “Baltika”nın keçmiş üzvü rəhbərlik edir!"
Xatırladaq ki, Qurban Qurbanov 1999-cu ildə “Baltika”nın formasını geyib. O, bu klubun heyətində 14 rəsmi matçda meydana çıxaraq 1 qolla yadda qalıb.