• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Rekord qol sayı və yalnız üç sürpriz - Afrikanın 35-ci futbol bayramı hansı məqamlarla yadda qaldı?

Dünya futbolu

27-01-2026, 12:0

2025-ci il dekabrın 21-dən bu il yanvarın 18-nə qədər Afrikada yığma komandalar arasında əsas turnirin həyəcanı yaşandı.

"Football-plus.az" xəbər verir ki, 35-ci Afrika Millətlər Kuboku (AMK) regionun futbolun ən çox inkişaf edən ölkələrindən birində - Mərakeşdə keçirildi. Qitə çempionatı Seneqal yığmasının qələbəsi ilə başa çatdı. Finalda 0:1 hesabıyla uduzan təşkilatçı ölkənin komandası gümüş, Misir yığmasına əsas və əlavə vaxtı qolsuz nəticələnən 3-cü yer uğrunda matçdan sonrakı penalti seriyasında qalib gələn Nigeriya isə bürünc mükafatçı oldu. İndi geri boylanaraq qitə çemionatının əsasən hansı məqamlarla yadda qaldığına və turnirin bütün tarixini əks etdirən mənzərəyə nəzər salacağıq.

Mərakeşin çemponluq həsrəti 50 ilə çatdı!
Seneqal tarixində 2-ci dəfə AMK-nın qalibi oldu. “Teranq şirləri”nin buna son 4 ildə nail olması xüsusi vurğulanmalıdı. Seneqal yığmasının son 4 qitə çempionatından üçündə finala qədər irəlilədiyini də qeyd edək. Pap Tiavın komandası sonuncu turnirdə keçirdiyi 7 oyunda yalnız 2 top buraxdı: qrup mərhələsində Konqo DR (1:1), 1/8 finalda isə Sudanla (3:1) matçlarda qapısını toxunulmaz saxlaya bilmədi. Pley-off mərhələsinin sonrakı oyunlarında isə rəqiblərini 1:0 hesabıyla məğlub etdi.

Mərakeş yığmasının bütün turnirlərdəki məğlubiyyətsiz oyunlar seriyası 23-də dayandı. “Atlas şirləri”nin qitə çempionluğu həsrəti isə 50 ilə çatdı! Şimallılar indiyədək yalnız bir dəfə - 1976-cı ildə çempion olublar. Evdə titul həsrətinə son qoymaq şansları yüksək idi. Lakin titulsuzluq seriyası yarım əsrə çatdı. Mərakeş yığmasının AMK-da 1980-ci ildə bürünc, 2004-cü ildə isə gümüş medal qazandığını da xatırladaq.

Təşkilatçı ölkə yenə qalib gəlmədi
Mərakeş yığması təşkilatçı ölkənin komandası kimi əsas favorit sayılırdı. Meydan sahiblərini tituldan yalnız bir dəqiq zərbə ayırırdı, lakin Braim Dias Seneqalla oyunun əsas vaxtının finişində penaltini boşa verdi və rəqib əlavə vaxtda qol vuraraq çempion oldu.

Qeyd edək ki, cari əsrdə yalnız üç təşkilatçı ölkənin komandası turnirdə qalib gəlib: 2004-cü ildə Tunis, 2006-cı ildə Misir, 2024-cü ildə isə Kot d’İvuar yığması kuboka sahib çıxıb.

Nigeriya 17-ci dəfə medal qazandı!
3-cü yeri tutan Nigeriya yığması qitə çempionatında 17-ci dəfə medal qazandı! İndiyədək AMK-da 21 dəfə iştirak edən “superqartallar” 3 dəfə çempion olub, 5 dəfə gümüş, 9 dəfə isə bürünc medallara sahib çıxıblar. Onların podiumda hamıdan çox göründüyünü qeyd edək. Bu əsrdə yalnız iki dəfə medalsız qalıblar: 2008-ci ildə mübarizəni 1/4 finalda, 2021-ci ildə isə 1/8 finalda dayandırıblar.

AMK-da ən çox çempion olan komanda 7 titulun sahibi Misir yığmasıdı. “Fironlar”ın medal sayı isə 13-ə bərabərdi. Qitə birinciliyində 27 dəfə iştirak ediblər, orta hesabla hər iki turnirdən birində mükafatçılar sırasına düşüblər, amma son 15 ildə yalnız bir dəfə medal qazana biliblər.

Rekord qol sayı
AMK-2025-də ümumi qol sayı baxımından turnirin rekordu qeydə alındı: qapılara 121 qol vuruldu! Bu planda əvvəlki ən yüksək göstəriciyə 2023-cü ildəki qitə çempionatında təsadüf edilmişdi – 119. Mərakeşdə baş tutan yarış 2,33 qolluq orta məhsuldarlıq göstəricisinə əsasən 24 komandanın iştirakıyla keçirilən son 4 AMK-da 1-ci yerdədi.

Lakin yenicə tarixə qovuşan qitə çempionatı XXI əsrdə keçirilən turnirlər sırasında orta qol göstəricisinə görə heç də ən yüksək yeri tutmur. Belə ki, 2004, 2010 və 2012-ci illərdə daha yüksək məhsuldarlıq qeydə alınıb. AMK-2008-də isə rekord sayda - hər oyuna 3,09 qol vurulub.

Turnirin finallarında qeydə alınan hesabla bağlı maraqlı statistika diqqəti cəlb edir. 1:0 artıq AMK-nın həlledici oyunları üçün klassika sayılır. XXI əsrdə keçirilən 12 final matçından 9-da maksimum bir qol qeydə alınıb: 5 oyunun əsas vaxtında hesab açılmayıbsa, 4 final tərəflərdən birinin 1:0 hesablı qələbəsi ilə nəticələnib.

Yalnız üç sürpriz
Qrup mərhələsində bütün favoritlər 1-ci yeri tutdu. Potensialına görə 2-ci yerlərdə “görünən” komandalar da statusunu doğrultdular. Top-9-a düşən yığmalardan səkkizi 1/4 finala çıxdılar. Yarımfnalda isə 5 potensial komandadan dördü oynadı. Bir sözlə, qitə çempionatından əvvəl verilən proqnozlar böyük ölçüdə doğruldu.

Amma sürprizlərə də təsadüf edildi. Turnir ərəfəsində Anqolanın pley-offa çıxmaq şansı 74, Qabon yığmasının isə 65 faiz dəyərləndirilmişdi. Lakin hər iki komanda mübarizəni qrup mərhələsində dayandırdı. Əvəzində Mozambik 36 faizlik şansla 1/8 finala sıçradı. Bu mənada Sudan və Tanzaniyanın da qrup səddini aşması sürpriz oldu. Mozambik və Tanzaniya yığmalarının AMK-nın tarixində ilk dəfə pley-offa adladıqlarını xüsusi vurğulayaq.

Gözlənilməz bombardir
Turnir ərəfəsində Braim Diasın bombardir olmaq şansı yalnız 3-7 faiz aralığında qiymətləndirilmişdi. Lakin mərakeşli AMK-nın tarixinə ardıcıl 5 oyunda qol vuran ilk futbolçu kimi düşdü! Bu da var ki, “Real”ın yarımmüdafiəçisi finalda milyonlarla mərakeşlini məyus etdi. Seneqallı qapıçı Eduard Mendi 5 qolla turnirin bombardiri olan 26 yaşlı futbolçunun Panenkasayağı zərbəsini dəf etməkdə elə bir çətinlik çəkmədi.

Diasla müqayisədə Məhəmməd Salah, Viktor Osimhen, Ayub Əl-Kaabi, Brian Mbemo və Ademola Lukmanın qitə çempionatının ən sərrast iştirakçısı olmaq şansları yüksək dəyərləndirilirdi. Misirli Salahla nigeriyalı Osimhen qapıya hərəyə 4 dəfə yol tapmaqla proqnozarı böyük ölçüdə doğrultdular. Mərakeşli Əl-Kaabi ilə nigeriyalı Lukman hərəyə 3 qol vurdular. Maraq üçün Pap Qeye (Seneqal), Amad Diallo (Kot d’İvuar), Riyad Mahrez (Əlcəzair) və Lassin Sinayokonun (Mali) da bu qədər qolun sevincini yaşadıqlarını qeyd edək. Proqnozları yalnız Mbemo yanlış çıxardı: “Mançester Yunayted”də oynayan kamerunlu turniri qolsuz tərk etdi.

Laureatlar və rəmzi komanda
Əlbəttə, Sadio Mane qitə çempionatının ən yaxşı oyunçusu adına layiq idi. O, Seneqalın kapitanı kimi növbəti dəfə liderlik keyfiyyətlərini nümayiş etdirdi. Sadionun finalda hakimliyə etiraz əlaməti kimi meydanı tərk edən oyundaşlarını geri qaytarması alqışalayiq hərəkət idi. 33 yaşlı hücumçu 7 oyunda 2 qolun və 2 məhsuldar ötürmənin müəllifi oldu.

Digər laureatlara gəlincə, Yassin Bunu AMK-nın ən yaxşı qapıçısı seçildi. Mərakeşli əlcək sahibi 7 oyunda 2 top buraxdı, 5 matçda qapısını toxunulmaz saxladı. 34 yaşlı Yassinin yarımfinalın Nigeriya ilə qolsuz başa çatan oyunundan sonrakı penalti seriyasında 2 zərbəni dəf etdiyini də vurğulayaq. Onun həmyerlisi Dias isə 5 qolla turnirin bombardiri kimi fərdi mükafata sahib çıxdı.

Afrika Futbol Konfederasiyasının texniki komitəsi qitə çempionatının rəmzi komandasını da müəyyənləşdirib. Turnirin ən yaxşı “11-liy”inə Seneqal və Mərakeşin hərəyə 4, Nigeriya yığmasının isə 3 futbolçusu layiq bilinib: qapıçı - Yassin Bunu (Mərakeş); müdafiəçilər - Mussa Nyakate (Seneqal), Kalvin Bessi (Nigeriya), Nussair Mazraui, Əşrəf Hakimi (hər ikisi Mərakeş); yarımmüdafiəçilər - İdrissa Qeye, Pap Qeye (hər ikisi Seneqal), Ademola Lukman (Nigeriya); hücumçular - Sadio Mane (Seneqal), Braim Dias (Mərakeş), Viktor Osimhen (Nigeriya).

Maraqlıdı...
Final oyunundan sonra Sadio Manenin verdiyi müsahibə vaxtı maraqlı hadisə baş verib. Seneqal yığmasının kapitanı bir neçə dəqiqə davam edən müsahibənin sonunda başını qaldıraraq ona sual ünvanlayan şəxslərdən birinin Nordin Amrabat olduğunu görüb və təəccübünü gizlədə bilməyib. Bu zaman Sadio Mərakeş milli komandasının sabiq oyunçusunu bağrına basaraq onunla mehribancasına görüşüb.

Xatırladaq ki, hazırda ölkəsinin “Vidad” klubunda çıxış edən 38 yaşlı Nordin 2011-19-cu illərdə formasını daşıdığı milli komandada 64 oyuna 7 qol vurub.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

23-01-2026, 12:0

Seneqal 2-ci dəfə qitə çempionu oldu - İCMAL

Dünya futbolu

2-02-2025, 14:0

AMK-2025-in püşkü atıldı

Dünya futbolu

24-07-2022, 14:0

Mane Afrikada ilin ən yaxşı futbolçusudu

Dünya futbolu

19-02-2024, 20:0

Kot d’İvuar 3-cü çempionluğu necə qazandı?

Dünya futbolu

2-01-2026, 18:0

AMK-da 1/8 finalın cütləri müəyyənləşdi

Dünya futbolu

12-01-2024, 18:0

18-ci Asiya Kuboku başlayır

Aktual
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
“Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
"Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
Son xəbərlər
  • Bu gün, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • Dünən, 23:56
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • Dünən, 23:35
    "Hapoel" “Sabah”a rəqib oldu
  • Dünən, 23:30
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • Dünən, 22:51
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • Dünən, 22:25
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • Dünən, 21:54
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • Dünən, 21:27
    Parisdən Madridə yollandı
  • Dünən, 20:56
    "Neftçi" macarıstanlı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 20:25
    Gözlənilən keçid rəsmiləşdi
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:33
    Rəşad Əzizli "Kəpəz"də
  • Dünən, 19:08
    “Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
  • Dünən, 19:02
    "Sabah" - "Orhus": START HEYƏTLƏRİ
  • Dünən, 18:56
    MS-ni tərk edə bilər
  • Dünən, 18:26
    "Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
  • Dünən, 17:55
    Mançesterdən Madridə yollandı
  • Dünən, 17:24
    "Uzun müddətdi heyət seçimi baxımından bu qədər əla vəziyyətdə deyildik" - Poulsen "Sabah"ı keçəcəklərinə əmindi
  • Dünən, 16:53
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:22
    Tribunalar "Sabah" üçün dolacaq... - bəs neçə danimarkalı olacaq?
  • Dünən, 16:00
    “Qol imkanlarımız kifayət qədər olacaq” - “Sabah” Danimarkadakının davamını oynasın, yoxsa dəyişsin?
  • Dünən, 15:29
    "Orhus" Masazırda da favoritdi - lakin "bayquşlar"ın qələbə qazanmaq ehtimalı artıb!
  • Dünən, 14:58
    Birmingemdən Londona yollandı
  • Dünən, 14:23
    "Sabah" - "Orhus" oyunu üçün bilet tükəndi! - Masazırda iynə atsaz, yerə düşməyəcək...
  • Dünən, 13:58
    ''Trabzonspor'' öz yetirməsini BƏƏ təmsilçisinə satdı
  • Dünən, 13:27
    AFFA-da yeni qaydalar açıqlandı – əvəzetmələrlə bağlı mühüm dəyişiklik
  • Dünən, 12:56
    "Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 12:25
    ''Real''ın yeni transferi Arda Gülər haqda nə dedi?
  • Dünən, 11:54
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 11:23
    "Qurban müəllimin futbol düşüncəsinə tam güvənirəm" - Tahir Gözəl
  • Dünən, 10:52
    "Hesabda öndəyiksə, Bakıda bunu məntiqi sonluğa çatdırmalıyıq" - Kostyukdan "Qarabağ" açıqlaması
  • Dünən, 10:31
    "Qəbələ" braziliyalı müdafiəçi aldı
  • Dünən, 10:00
    Yaşıl meydana oktyabrda dönəcək
  • 10-08-2026, 23:0
    "Kəpəz" "Baku Sportinq"in futbolçusunu aldı
  • 10-08-2026, 23:0
    Klopp Salahın Türkiyə ilə bağlı qərarı haqda nələr dedi?
Daha çox
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 102
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə