İtaliyadan İngiltərəyə yollandı

3.09.2023 12:51 217
Dünya futbolu
“Mançester Yunayted” yarımmüdafiə xəttini yeni futbolçu ilə gücləndirib.

“Football-plus.az” xəbər verir ki, İngiltərə nəhəngi “Fiorentina”dan Sofyan Amrabatı sıralarına qatıb. 27 yaşlı futbolçu cari mövsümdə MY-də icarə əsasında çıxış edəcək. Bu keçid mançesterlilərə 10 milyon avroya başa gəlib.

Qeyd edək ki, mərakeşli futbolçunun transfer qiyməti 30 milyon avro dəyərləndirilir. Amrabat “Fiorentina”da 2020-ci ildən çıxış edir. O, bu komandada 83 oyun keçirib.