• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Heç istəmərəm ki, məni tərifləsinlər" - Qurban Qurbanov

Manşet / Avrokuboklar

22-01-2026, 01:0

"Qarabağ" Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turunda "Ayntraxt"a qalib gəldi.

"Football-plus.az" xəbər verir ki, "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Alqışlara görə çox sağ olun, təşəkkür edirəm. Azarkeşlərimizi təbrik etmək istəyirəm. Həqiqətən bu qalibiyyət onların haqqı idi. Bütün oyunlarda bizimlə oldular. Bəlkə bizdən daha çox qalibiyyəti istəyən azarkeşlərimiz var idi. Onların duaları bizə böyük zəfər nəsib etdi. Futbolçularımı təbrik edirəm, çox əziyyət çəkdilər. Qələbə üçün təkcə istək, aqressiya yox, intizamlı oyun oynadılar. Bəzi oyunlarda olmayan intizam bu gün var idi. Sona qədər intizamı pozmamaq, qələbəyə inanmağı gördük. Futbolçularımız, azarkeşlərimiz və Azərbaycan futbolu adına çox sevindik.

- Möcüzələrə inanırsız?
- Möcüzə nəyə deyilir? Qalibiyyətlərə inanıram. Dünya təcrübəsində bunu görmüşük, hansı ki, zəif sayılan komandalar böyük komandalara qalib gəlir. Amma ümumən bu cür hallara inanıram.

- Oyuna necə hazırlaşmışdız ki, bu gün qalib gəldiz?
- Antalyada hazırlıq oyunlarından sonra demişdim ki, futbolçularımdan çox razıyam. Sadəcə bir oyun da əlavə oynasaydıq, komanda daha optimal formada olardı. Vaxt az oldu. Amma özümüzün üstün cəhəti nədisə, onu maksmimum yaxşılaşdırmağa çalışdıq. Rəqibə görə xırda detallar əlavə etmişdik. Şükürlər olsun ki, sanki alındı. Komandam yaxşı hazırlıq keçmişdi. Qələbə çox gözəl idi, 3 qol möhtəşəm oldu, amma bunu yaxşı oyunla və yaxşı hücumlarla əldə etmək mənim üçün sevindirici haldı. Daha sadə, sərbəst, güvənli, cəsarətli olmağa çalışdıq. “Ayaks”la oyundan sonra futbolçular çox üzgün idi. Onu geridə qoyub, şansdan maksimum istifadə etmək haqda danışırdıq. Bu oyunda keyfiyyətimizi daha da yaxşılaşdırdıq.

- Azarkeşlərimizin xəyalı “Liverpul”u “Enfild"də büdrətməkdi. Azarkeşlərimizə nə mesaj vermək istəyərdiz?
- Liverpula inamlı gedəcəyik. Heç bir komandaya o stadionda oynamaq asan deyil. İngiltərənin ən çılığın azarkeşləri olan klubudu. Həmin oyunda futbolçulardan çəkinməyərək oynamağı tələb edəcəm. Böyük futbol dedikdə, elə bir nömrəli stadionlardan biri “Enfild"di. Daim davakar azarkeşləri ilə seçilib, Avropanın bütün şəhərlərində bir problem yaradıblar. Belə stadionda oynamaq futbolçularıma böyük ləzzət verməlidi. Futbolçulardan bunu tələb edəcəm ki, minimum bugünkü oyunu qoruyub-saxlasınlar. Xeyirlisi. Allah köməyimiz olsun. Azarkeşlərimizin də bu oyundan həzz almasını istəyərdim. Cənab prezident də bizi təbrik edib. Sağ olsun, təşəkkür edirəm. Mən də cənab prezidenti və xalqımızı təbrik edirəm.

- Bəhlul Mustafazadə buraxılan qollarda səhvləri oldu. Məşhur kinoda deyilmişkən, “onu bağışlamaq olarmı”?
- Niyə də yox? Futbol xəta oyunudu, belə hallar olur. Əfsuslar olsun ki, ən çox xətaları müdafiəçilər edir. Bəhlulun da bəxti gətirməyib ki, müdafiəçi olub (gülür). Hamının başına belə hallar gəlir. “Ayntraxt”a vurduğu qola görə, bu günə qədər olan xətalarını bağışlamaq olar (gülür).

- Hakimin qərarları barədə nə deyərdiz? Kamilo Durana qarşı olan kobudluğa görə penalti təyin etmədi, oxşar epizodda qapınızda penalti təyin etdi. Cənab prezident özü də hətta UEFA-nın təyin etdiyi hakimin ədalətsiz qərarlarından yazıb...
- Məncə, əlavə şərhə ehtiyac yoxdu. Mən də o epizodda sizin kimi əsəbiləşdim, amma özümü tez ələ ala bildim (gülür). Normaldı, futbolda belə hallar olur. Çox geniş, ətraflı və düzgün cavabı elə cənab prezident bildirib. Ona bir daha təşəkkür edirəm.

- Futbolu olmayan bir ölkənin təmsilçisi olaraq dünyanın ən güclü klub turnirində sona bir tur qalmış “Barselona” kimi klubla eyni xala malik olmaq, Almaniya klubunu Bakıdan əliboş yola salmaq necə hissdi?
- Futbolu olmayan ifadəsi bir az ağır olar. Futbolumuz var. Sadəcə daha da yaxşı inkişafa ehtiyac var. İnanıram ki, hər şey pillə-pillə daha yaxşı olacaq. Yeni rəhbərlik, yeni ideyalar var. O sıralarda olmağa gəlincə, bunlar əlbəttə ki, qürurvericidi. Hər zaman demişəm ki, hər böyük qalibiyyət gələcəyə böyük inam verir. Belə qələbələr məni məşqçi kimi, futbolçularımı futbolçu kimi, klubun daha da böyük olması üçün fürsətdi. Bu cür klubların Bakıya gəlməsi, qələbələr qazanmağımız futbolu azarkeşlərimizə sevdirir. Azarkeşlər də gəlir. Belə olan halda, nəticəni bir Allah bizim istəyimizə görə verir, bir də azarkeşlərin. Cəm şəkildə yaxşı qalibiyyətlər olur.

- 10-12 il qabaq deyirdiz ki, belə komandalarla oynamaq üçün bizə illər lazımdı. Bu gün hansı fikirdəsiz?
- Yenə öz fikrimdə qalıram. Çünki Avropa futbolu bizdən daha çox və daha sürətlə inkişaf edir. Ümumi oyunlara baxsaq, bizim çatışmazlıqlarımız daha çox görünür, nəinki rəqibin. Oyunu analiz edəndə baxırıq ki, rəqib bizim düşdüyümüz epizodları daha soyuqqanlı qəbul edir, düzgün qərarlar verir. Çünki illər boyu o tempdə, o azarkeş basqısında oynayırlar. Oyundan qabaq da demişdim ki, bizim bir qələbəmiz olsun, amma onu öz oyunumuzla əldə edək. Biz öz oyunumuzdan sona qədər əl çəkmədik. Rəqib də təzyiq göstərdi.

- Elvin Cəfərquliyev dəyişdirilməsini istəyirdi. Bu nə ilə bağlıdır?
- Bir az yorulduğunu bildirdi. Ona görə dəyişilməsini istəyirdi. Mən də fərqli cavab verdim.

- Xoni Montielin hazır olmadığını demişdiz, amma bu gün start heyətində meydana çıxmışdı..
- O, daha artığına qadirdir. Bu cür oyunu 2 il ərzində ilk dəfə oynayırdı. Meydanda 81 dəqiqə oynadı. Özünü çox yaxşı göstərdi. Hiss olunurdu ki, o dinamikanı sona qədər saxlamağa hazır deyil. Amma xarakter hesabına özündə güc tapırdı. Əminəm ki, çox futbolçumuz 2 günə bərpa olunacaqsa, Montielə minimum 3 gün lazım olacaq. Bu cür oyunlarda az olduğu üçün bərpasına daha çox vaxt lazım gələ bilər.

- Abdulla Zubirin oyunundan razı qaldız?
- Belə oyundan sonra çatışmazlıqdan danışmaq düzgün olmaz. Bizim elə oyunçularımız var ki, onların qol epizodu az olsun, amma onun etdikləri oyun balansını qoruyub-saxlamaq üçün ən vacib məsələlədi. Zubir də ən vacib oyunçulardandı. O, komandada ən çox topla davranan oyunçudu. Elə oyunçu var ki, 40 dəfə topa toxunur, Zubir hər matçda 70-90 dəfə topla təmasda olur. Bu da topun bizdə çox qalması deməkdi. Həm hücumda, həm də müdafiədə ondan razı qaldım. Meydanda ən hərəkətli oyunçulardandı.

- “Liverpul”la oyunda Kadini meydanda görəcəyik?
- Böyük ehtimalla yox. Ayağında bir az ağrı var. Ona vaxt lazım olacaq.

- Son qoldan öncəki künc zərbəsindən əvvəl iki futbolçuya geriyə qayıtmasını tələb etdiz. Həmin epizoddan sonra Bikalyo topu ələ keçirdi və hücumu başlatdı, qol vurduz...
- Oyunda olan epizod idi. Əvvəlki künc zərbələrində “Ayntraxt” öndə oyunçu saxlamırdı. Amma sonuncu künc zərbəsində öndə 2 oyunçu mərkəzdə qaldı. Ona görə, Aleksey Kaşuk və Elvin Cəfərquliyev arxaya keçdi. Risk olmasın deyə, Bikalyonu geri çağırdım. Amma bunu düşünməmişdim.

- Azərbaycan xalqı və futbolu üçün nə etdiyinizin fərqindəsiz?
- Allah hər zaman xalqımızı sevindirsin. İnanın ki, belə nə etmişəm deyə, fikrim yoxdu. Sadəcə bir fikrim olub ki, azərbaycanlı olaraq üzərimə düşəni layiqli şəkildə yerinə yetirim. Hər birimizin üzərinə bir borc düşür və bunu yerinə yetirməliyik.

- Matçın sonunda Elvin Cəfərquliyev sizi qucaqladı və qulağınıza nəsə pıçıldadı. Sirr deyilsə, nə dedi?
- İnanırsınız, heç eşitmədim (gülür). Yəqin ki, heç nə deməyib, siz demişkən nəsə pıçıldayıb. Axır vaxtlarda Elvini çox sıxırdım, çox danlayırdım. Bugünkü oyuna görə yox, mənə elə gəlir ki, Elvinin bu gün ən intizamlı, ən təcrübəli oyunlarından biri və birincisi idi. Elvinin müdafiədə səhvlərini çox görmüşük. Hücuma gedəndə müdafiəyə ləng qayıdıb. Ona deyirdim ki, bu kənardan bir az məsuliyyətsizlik kimi görünür. Bu gün onu tam təcrübəli futbolçu kimi gördüm. Onu başa düşürdüm. Sadəcə gücünü düzgün bölüşdürə bilmirdi. O qədər cəsarətli hücuma gedir ki, hər qurulan hücumda iştirak edirdi. Bu gün demişdim ki, biz hələ tam hazır deyilik, gücümüzü düzgün bölüşdürməliyik. Məşqlərdə ondan razı idim, birinci hissədən sonra da fikrimi bildirmişdim. Yəqin görüb ki, ondan razıyam, gəlib məni qucaqlayıb.

- Qalib gələndə hamı sizi tərifləyir, uduzanda hamı pis danışır. Amma hər zaman çox səbirlə cavab verirsiz...
- Heç istəmərəm ki, məni tərifləsinlər. Bunu ürəkdən deyirəm. Mən sadəcə öz işimi görməyə çalışıram. Düzü, təndiq də etmələrini istəmərəm. Çünki insanıq, bilmirik ki, kimin hansı problemləri var. Bu gün siz bilmirsiz ki, mənim hansı problemlərim var, bəlkə mənim həyatda problemlərim var, ya futbolçularımın həyatında problem var. Özümüzü bəzən tam motivasiya edə bilmirik. Tərif-tərif, sonda bəzən görürsən ki, insan işində, həyatda elə səhv edir ki, o təriflər hamısı geridə qalır. İstəmərəm ki, sabah belə hallar olsun. Öz xalqımı, millətimi çox istəyirəm. Hansısa tənqidlər olsa, nə olacaqki? Özümüzük, qardaş-bacıyıq... Normal qəbul edirəm. Sadəcə tərif istəmirəm.

- Qış fasiləsinə 2-ci yerdə getmisiz. Bu sizi narahat etmirki?
- Görünən odu ki, daha çox əziyyət çəkməli, futbolçularımızla ünsiyyət qurmalı olacağıq. Çünki qrafikimiz hələ ki sıxdı, qarşıda ciddi rəqiblər var. “Sabah” bu mövsüm çox iddialıdı, çox yaxşı performans göstərib. “Araz Naxçıvan” və “Neftçi”də də dəyişiklik olub, “Zirə” də var, “Sumqayıt” yaxşı performans göstərir. Görünən odu ki, daha çox əziyyət çəkməliyik. İstənilən oyundan öncə narahatlıq var. Məğlub olduğumuz oyunlar da olur. Sıx qrafikə görə rotasiyalar çox olur. Narahatlıq var, varsa, demək ki, məsuliyyət var.

Paylaş:
Digər xəbərlər

Manşet / Avropa Liqası

8-11-2024, 00:0

“Hamı bizdən qələbə gözləyirdi” - Qurban Qurbanov

Ölkə futbolu / Manşet

16-02-2025, 21:0

"Bu cür oyunlarda belə davranışlara yol vermək olmaz" - Qurban Qurbanov

Ölkə futbolu / Manşet

31-05-2025, 22:0

"İnqilab illərin təcrübəsini göstərdi, oyunu çox ağıllı idarə etdi" - Qurban Qurbanov

Ölkə futbolu

3-05-2022, 21:0

"Bizi yorulmağa məcbur etdilər" - Qurban Qurbanov

Manşet / Avrokuboklar

17-09-2025, 01:0

"Sadəcə, bu gün bu zəfər bizə yazılmışdı" - Qurban Qurbanov

Ölkə futbolu / Manşet

3-12-2025, 22:0

"Uğurlu 200-300 oyun keçirəcəmsə, 1000-ə çatmaq istəyərəm" - Qurban Qurbanov

Aktual
"Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
“Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
“Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
Son xəbərlər
  • Bu gün, 00:05
    Masazırda "bayquş ulayırdı"!
  • Dünən, 23:55
    "Eyni vaxtda üç turnirdə çıxış etmək asan olmayacaq" - Valdas Dambrauskas
  • Dünən, 23:33
    "Transferlərdən narazılığımız yoxdu" - Azər Məmmədov
  • Dünən, 23:11
    "Potensialımız daha çoxdu" - Cavid Hüseynov
  • Dünən, 22:50
    Qəbələdə "sülh", "Sabah" qalib gəldi - YENİLƏNİB
  • Dünən, 22:20
    Nuriyev qol vurdu, komandası uduzdu
  • Dünən, 21:48
    "Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
  • Dünən, 21:27
    "Biz də qələbə qazana bilərdik, rəqib də" - Fərid Namazov
  • Dünən, 20:56
    Madrid klubu ilə razılığa gəldi
  • Dünən, 20:25
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 19:55
    "Sabah" - "Kəpəz": START HEYƏTLƏRİ
  • Dünən, 19:24
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 18:53
    Ulduz futbolçu imicini dəyişdi
  • Dünən, 18:20
    Arif Əsədov "Qarabağ" üçün fəlakət ssenarisini açıqladı – “Allah eləməmiş, kənarda qalsalar...”
  • Dünən, 17:50
    "Araz-Naxçıvan" - "İmişli": START HEYƏTLƏRİ
  • Dünən, 17:20
    "Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
  • Dünən, 16:59
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 16:28
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 15:58
    Lukaku ''Lion''a qarşı ilk oyunu buraxacaq!
  • Dünən, 15:37
    Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
  • Dünən, 15:16
    “Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
  • Dünən, 14:55
    İspaniya klubunu tərk etdi
  • Dünən, 14:34
    ''Qalatasaray'' XXI əsrdə ilk dəfə belə uğursuzluqla üzləşdi
  • Dünən, 14:22
    Daha üç boksçumuz mərhələ adladı - Avropa çempionatı
  • Dünən, 14:00
    Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
  • Dünən, 13:22
    Amsterdamda qərar tutdu
  • Dünən, 12:51
    Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
  • Dünən, 12:30
    “Barselona”nı tərk etdi
  • Dünən, 12:03
    Keyn qalacaq, yoxsa gedəcək?
  • Dünən, 11:32
    Əvvəlki iş yerinə qayıda bilər
  • Dünən, 11:01
    Bir London klubundan digərinə keçəcək
  • Dünən, 10:40
    “Səfər matçı istənilən halda çətin keçəcək, çünki...” - Vaqif Cavadov "Tvente" ilə oyunlar haqda nə dedi?
  • Dünən, 10:19
    UEFA-nın klub reytinqində 4 pillə irəlilədik
  • Dünən, 10:06
    Cəlalın komandası qələbə qazandı
  • Dünən, 10:00
    İtaliyada komandasını dəyişdi
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 136
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 115
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə