Bu dəfə favorit “Qarabağ” deyil... amma o da qazana bilər, siz də

21.01.2026 20:16 31
Manşet / Avrokuboklar
Bir tərəfdə premyer-liqa, bir tərəfdə 1-ci bundesliqa təmsilçisi var. Təbii ki, söhbət “Qarabağ” – “Ayntraxt” matçından gedir.

Bəli, istər komandalar istərsə də onların çıxış etdiyi çempionatlar arasında yumşaq desək, ciddi səviyyə fərqi var. Odu ki, bukmekerlərin Frankfurt təmsilçisini daha şanslı görməsi haqsızlıq və ya məntiqsizlik deyil.

“Football-plus.az” çox çək-çevir etmədən sizi “Misli.az”ın oyunla bağlı təqdim etdiyi əmsallarla tanış edir:

“Qarabağ”ın qələbəsi: 2,85
heç-heçə: 3,53
“Ayntraxt”ın qələbəsi: 2,14


Maraq üçün bukmekerlerin təqdim etdiyi əmsalların orta hesabla hansı rəqəmlərlə ifadə olunduğunu da qeyd edək:

“Qarabağ”ın qələbəsi: 3.80 – 4,20 aralığı
Heç-heçə: 3,60 – 3,90 aralığı
“Ayntraxt”ın qələbəsi: 1,85 – 2,10 aralığı


Bukmekerlər, siz saydığınızı sayın, görən “Qarabağ” nə sayır!

KƏNAN BAHADIR