İtaliyadan Asiyaya yollandı

19.01.2026 18:36 10
Dünya futbolu
“Əl-Hilal” “Fiorentina”nın oyunçusu Pablo Marini heyətinə qatıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı mərkəz müdafiəçisi ilə 6 aylıq müqavilə imzalanıb. Müqavilədə əməkdaşlığın müddətinin daha 1 mövsümlük uzadılması variantı da var.

Pablo “Fiorentina”da 2025-ci ilin yanvar ayından oynayırdı. O, bu mövsüm İtaliya klubunda bütün yarışlarda 16 oyun keçirib. Müdafiəçi karyerası ərzində həmçinin “Arsenal”, “Flamenqo”, “Udineze”, “Montsa” və İspaniyanın bir sıra komandalarında da oynayıb.