İtaliyada klubunu dəyişdi

30.01.2025 23:59 244
Dünya futbolu
Pablo Mari İtaliyada klubunu dəyişib.

“Montsa”nın müdafiəçisi “Fiorentina”ya keçib. Florensiya klubunun rəsmi saytının məlumatına görə, ispaniyalı futbolçu ilə müddəti 2027-ci il iyunun 30-na qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Pablo “Montsa”nın heyətində bu mövsüm 21 oyun keçirib. O, əvvəllər “Arsenal”, “Mançester Siti”, “Jirona”, “Flamenqo” və “Udineze”də çıxış edib.