"Araz-Naxçıvan": ilin ilk məşqində 12 futbolçu iştirak etdi

5.01.2026 18:58 11
Ölkə futbolu
"Araz-Naxçıvan" Bakıda qış təlim-məşq toplanışına start verib.

"Football-plus.az" xəbər verir ki, 2026-cı ilin ilk məşqinə yeni baş məşqçi Andrey Demçenkonun rəhbərliyi altında 12 futbolçu çıxıb.

Legionerlərdən yalnız Bruno Franko məşqdə yer alıb. Digər əcnəbilər isə sabahdan çalışmalara qoşulacaqlar.