Ötən mövsüm “Neftçi”nin heyətində çıxış edən futzalçı Ülvi Əliyev “Araz-Naxçıvan”a keçib.
25 yaşlı futzalçı yeni mövsümdə ölkə çempionunun uğurları üçün çalışacaq.
Artıq “qırmızı-ağlar”ın təlim-məşq toplanışına qoşulan Əliyev debütünü gələn ay keçiriləcək Çempionlar Liqasının ilkin mərhələ oyunlarında edəcək.
Onu da qeyd edək ki, futzalçı millimizə məhz Vitali Borisovun rəhbərliyi dövründə dəvət olunub.
Xatırladaq ki, daha əvvəl "Araz-Naxçıvan" yığmamızın digər üzvü İlham Alıyevi transfer edib.