"Qarabağ" qış hazırlığına başladı

3.01.2026 19:55 17
Ölkə futbolu
“Qarabağ” 2025/26 mövsümünün ikinci hissəsinin hazırlığına başlayıb.

"Football-plus.az" xəbər verir ki, bu gün “Azərsun Arena”dakı təlim-məşq bazasında bir araya gələn komanda 2026-cı ilin ilk məşqini keçirib.

Komandanın hazırlıq planının ikinci mərhələsi yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərinin Belek bölgəsində yerləşən “Gloria Sports Arena”da keçiriləcək. Komanda həmin müddətdə təlim-məşq toplanışını davam etdirəcək.

"Qarabağ" toplanış çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayacaq. Qarşılaşmaların yanvarın 12-də və 16-da keçirilməsi nəzərdə tutulur. Rəqib komandaların adları müəyyənləşdikdən sonra bu barədə məlumat veriləcək.

Xatırladaq ki, "köhlən atlar" yeni ildə ilk rəsmi oyununu yanvarın 21-də Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində Frankfurt “Ayntraxt”ına qarşı keçirəcək.