"Sumqayıt" qış təlim-məşq toplanışını bu şəhərdə keçirəcək

7.12.2022 15:59 358
Premyer-liqa
“Sumqayıt”ın qış təlim-məşq toplanışı planı müəyyənləşib.

Football-plus.az xəbər verir ki, məlumatı "kimyaçılar"ın rəsmi saytı yayıb. Komanda mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində keçirəcək.

2023-cü il yanvarın 5-dən 18-dək Lara bölgəsində yerləşən “Concord Deluxe” otelində məskunlaşacaq “Sumqayıt” bu müddətdə 2 yoxlama oyununda qüvvəsini sınayacaq. Baş məşqçi Samir Abasov yetirmələrini yanvarın 12-də və 17-dəki matçlarda sınayacaq. Ancaq rəqiblərin kimliyi hələ məlum deyil.

Qeyd edək ki, premyer-liqanın ilk 16 turunda 9 xal toplayan “Sumqayıt” turnir cədvəlinin sonuncu – 10-cu pilləsində qərarlaşıb.