• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Çempionlar Liqasında “Qarabağ”, premyer-liqada “Sabah” fırtınası! - 2025-in ən yaddaqalan futbol hadisələri

Ölkə futbolu / Manşet

2-01-2026, 21:0

2025-ci il başa çatdı. Bu o deməkdi ki, geriyə boylana, futbolumuzda cari ildə hansı əlamətdar hadisələrin yaşandığına baxa bilərik.

Axı belədə 12 ayın nə ilə yadda qaldığını, nə dərəcədə irəliləyiş və ya geriləmə olduğunu daha yaxşı görə bilərik. Odu ki, vaxt itirmədən başlayaq.

Yanvar...
“Qarabağ”ın futbolçusu Juninyo yanvarın 15-də “Flamenqo”ya (Braziliya) keçdi. 29 yaşlı hücumçu Rio təmsilçisi ilə 2028-ci ilin sonuna qədər müqavilə bağladı. Düzdü, həmin vaxt tərəflər müqavilənin maliyyə tərəfi barədə məlumat vermədi. Lakin Braziliya mətbuatının iddiasına görə, “köhlən atlar” bu satışdan 5 milyon avro qazanıb. Bu məbləğ “Qarabağ” üçün futbolçu satışından qazanc üzrə növbəti rekorddu. Maraq üçün qeyd edək ki, ağdamlılar 2023-cü ilin yanvarında da eyni uğura imza atmışdı: Kadi Borgesi Rusiya “Krasnodar”ına eyni qiymətə satmışdı. Juninyoya gəlincə, o, “Flamenqo”da həm ölkə çempionu, həm də Libertadores kubokunun qalibi olsa da, fərdi baxımdan uğurlu olmadı və bir neçə gün əvvəl “Pumas”a (Meksika) keçdi. Hücumçunun ölkəmizdəki karyerası isə yetərincə uğurlu alınmışdı. 2023-cü ilin yayından "köhlən atlar"ın formasını geyən braziliyalı bu müddətdə 81 oyunda 42 qol, 16 məhsuldar ötürməyə imza atmışdı.

Fevral...
AFFA İcraiyyə Komitəsinin fevralın 3-də keçirilən iclasında əhəmiyyətli qərarlar verildi. Əvvəlcə AFFA-nın yeni baş katibinin təyinatı oldu. Komitə Cahangir Fərəcullayevin bu vəzifəyə təyin olunması barədə qərar qəbul etdi. Həmçinin AFFA-nın 2025-28-ci illəri əhatə edən inkişaf strategiyası qəbul olundu. Ən vacib məsələyə gəlincə, iclasda Misli premyer-liqasında klub sayı müzakirə olundu və qərara alındı ki, 2025/26 mövsümündən komanda sayı 10-dan 12-yə artırılsın. Eyni zamanda premyer-liqada 2025/26 mövsümündən legioner limitinin ləğvi qərara alındısa, legioner sayına görə müvafiq rüsumlar tətbiq edildi. Həmçinin heyətdə yerli futbolçular oynadan klublara xüsusi hesablama metodu ilə bonus ödəniləcəyi bidirildi.

Mart...
Bu ay millimizin oyunlarına şahidlik etdik. Tarixində ilk dəfə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu və “Bank Respublika Arena”da meydana çıxan yığma yoldaşlıq oyunları çərçivəsində Sumqayıtda Haitiyə (0:3), Masazırda Belarusa uduzdu (0:2). Nəticədə o vaxt yığmamızın baş məşqçisi olan Fernando Santuşun kreslosu hələ möhkəmlənmədən laxlamağa başladı, desək, yanılmarıq. Hər halda, Sumqayıta və Masazıra toplaşan minlərlə azərbaycanlı həmin məğlubiyyətləri haqq etmirdi. O başqa məsələ ki, AFFA bundan sonra ona hələ 6 ay dözdü.

Aprel...
Premyer-liqamızın ənənəvi “çempion bəllidi, ikinci kim olacaq?” sualının birinci hissəsinə apreldə cavab tapıldı. Daha doğrusu, “Qarabağ” aprelin 27-də “Sabah”ın meydanında keçirilən 32-ci tur matçında 1:1 hesablı heç-heçə etdi. Belədə ən yaxın izləyicisi “Zirə” ilə aradakı xal fərqini 13-ə çatdıran “köhlən atlar” futbol ili”nin sonuna 4 tur qalmış tarixində 12-ci çempionluğu rəsmiləşdirdi.

May...
Yuxarıda da bildirdiyimiz kimi, premyer-liqada çempion hələ apreldən bəlli olduğuna görə gözlər ölkə kubokunun finalına dikilmişdi. Mayın 31-də “Mehdi Hüseynzadə”də keçirilən “Qarabağ” – “Sabah” matçında favorit nominal meydan sahibləriydi. Ancaq ölkənin ən güclü komandasına əlavə vaxta qədər gərgin mübarizə təklif edən Masazır təmsilçisi sonda 3:2 hesablı qələbə qazandı. 7513 tamaşaçı önündə keçirilən qarşılaşma həm də Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov da daxil olmaqla komandanın baş hakim İnqilab Məmmədovun idarəçiliyinə qarşı ciddi etirazlarıyla yadda qaldı. Bu matçda futbol adına hər şey gördük. Sarı, qırmızı vərəqələr, penalti, avtoqol, qarşılıqlı qollar, azarkeş canfəşanlığı və daha nələr, nələr... Hər halda, heç bir məqam “bayquşlar”ın o vaxtkı baş məşqçisi Vasili Berezutskinin rəhbərliyi altında tarixində ilk dəfə kuboku başı üzərində qaldırmasına kölgə sala bilməz.

İyun...
Bu ayın ən əlamətdar hadisəsi kimi “Qarabağ”ın ilk dəfə işğaldan azad edilən bölgələrimizə səfərini qeyd etməliyik. “Köhlən atlar” bu səfəri iyunun 25-də reallaşdırdı. Onlar bu çərçivədə Şuşada şəhər sakinləri, Şuşa 1 saylı tam orta məktəbin şagirdləri, Xankəndidə Qarabağ Univetsitetinin tələbələri ilə görüşdü. Daha sonra Ağdama getdilər. Burda İmarət Kompleksində gedən işlərlə tanış olan komandanın növbəti ünvanı Ağdamda yerləşən Cümə məscidi oldu. Ardından Mirzə Uluqbəy adına 1 saylı tam orta məktəblə tanışlıq baş tutdu. Sonuncu görüş Füzulidə gerçəkləşdi. Şəhərin mərkəzində sakinlərlə görüş təşkil edən kollektiv böyük izdihamla qarşılandı.

İyunda “Atletiko”da forma geyərkən Avropa Liqasının və UEFA Superkubokunun qalibi olan Roberto Olabenin “Turan Tovuz”a, “Nürnberq”lə yollarını ayıran Mahir Emrelinin digər 2-ci bundesliqa klubu “Kayzerslautern”ə keçidinin də baş verdiyini vurğulayaq. Bu ay həm də “Göyqurdlar”ın millinin bütün oyunlarını boykot etməsiylə yadda qaldı. AFFA-nın fəaliyyətindən və yığmanın nəticələrindən narazı qalan azarkeş qrupu hələ də qərarından dönməyib.

İyul...
Bəllidi ki, iyul hər il klublarımızın avrokuboklardakı çıxışlarına start verməsiylə əlamətdar olur. Lakin bu dəfə bir qədər fərqli mənzərələrin şahidi olduq. Ona görə ki, mövsümü 3-cü pillədə başa vuran “Araz-Naxçıvan” tarixində ilk dəfə Konfrans Liqasına vəsiqə qazandı. Öz aramızdı, “qırmızı-ağlar” məhz ilk oyunda Avropanı şoka saldı: mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayan naxçıvanlılar Elmar Baxşıyevin rəhbərliyi altında Yunanııstan “Aris”ini mübarizədən kənarlaşdırdı. Komanda buna evdə keçirilən ilk oyunda 2:1 hesablı qələbə, Salonikidə 2:2 hesablı heç-heçə əldə etməklə nail oldu. O başqa məsələ ki, təmsilçimizin 3-cü təsnifat mərhələsində bəxti gətirmədi. Cənubi Kipr “Omoniya”sına qarşı hər iki matçda böyükhesablı məğlubiyyətlər (ev: 0:4, səfər: 0:5) qeydə alındı. İyulda həm də “Sabah” Avropa Liqasında debüt etdi. 1-ci təsnifat mərhələsində “Selye” ilə qarşılaşan “bayquşlar” ilk oyunda 2:3 hesabıyla uduzsa da, səfərdə əlavə vaxtda 3:3 hesablı heç-heçə etdi və Konfrans Liqasına yuvarlandı. Ancaq iyulun ən əlamətdar hadisəsi FİFA referisi Elçin Məsiyevin UEFA Superkubokunun PSJ - “Tottenhem” qarşılaşmasına dördüncü hakim kimi təyinat almasıdı desək, yanılmarıq. Əlsində iyulda daha bir önəmli futbol hadisəsinə şahidlik edə bilərdik. Təbii ki, “Turan Tovuz”la “Traktor” arasında keçirilməsi nəzərdə tutulan yoldaşlıq oyunu ləğv olunmasaydı...

Avqust...
Heç şübhəsiz, avqustda baş verən hadisə nəinki bu ayın, ilin, son illərin ən ciddi uğurudu. Təxmin etdiyiniz kimi, söhbət “Qarabağ”ın Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanmasından gedir. Ən mötəbər klub turnirinin pley-off mərhələsində Macarıstan “Ferentsvaroş”unu sıradan çıxaran “köhlən atlar” (evdə 2:3, səfərdə 3:1 hesabrı qeydə alınıb – red.) ilk dəfə 2017-ci ildə imza atdığı uğura ikinci dəfə nail oldu. Bu mərhələdə tarixində ilk qələbəsini “Benfika” üzərində qazanan ağdamlılar (3:2) daha sonra “Kopenhagen”i (2:0) məğlub etdisə, “Çelsi”dən xal aldı (2:2). Maraqlıdı ki, Qurban Qurbanovun komandasının liqa mərhələsini ilk “24-lük”də bitirmək şansı hələ tükənməyib. Yəni yeni ildə daha böyük uğura şahidlik edə bilərik!

Sentyabr...
Hər şey yığmamızın DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Reykyavikdə İslandiyaya qarşı keçirilən oyunda 0:5 hesablı acınacaqlı məğlubiyyət yaşamasıyla başladı. Bundan sonra istefaya göndərilən Fernando Santuşun yerinə yerli məşqçi – Ayxan Abbasov baş məşqçi təyin edildi. Düzdü, AFFA mütəxəssislə müqavilənin detallarını hələ ictimaiyyətlə bölüşməyib. Lakin Ayxan bəy yığmada artıq 5 matç keçirib. Həmçinin milli gələn ilin payızında başlayacaq Millətlər Liqası oyunlarına məhz Abbasovun rəhbərliyi altında çıxacaq.

Oktyabr...
Oktyabrda “Neftçi” azarkeşlərinin səbrsizliklə gözlədiyi transfer reallaşdı. “Ağ-qaralar” ulduz futbolçu Vensan Abubakarla “1+1” illik müqaviləyə qol çəkdi. İş ondadı ki, Kamerun millisinin hücumçusu ilk matçlarda parlaq oyun nümayiş etdirsə də, qısa müddətdə ümidləri doğrultmayacağı üzə çıxdı. Əlbəttə, “Portu”, “Beşiktaş”, “Əl-Nəssr” kimi klublarda çıxış etmiş 33 yaşlı oyuçudan gözləntilər böyük idi. Ancaq “Qəbələ”, “Kəpəz” və MOİK-lə oyunlarda fərqlənməyi bacaran Abubakar çətin rəqiblərə qarşı görüşlərdə varlığını hiss etdirə bilmədi. Ardıcıl uğursuzluqlar onun start heyətindən belə kənar düşməsinə səbəb oldu. O, Kamerun yığmasının dekabrda Afrika Millətlər Kuboku çərçivəsində keçirdiyi oyunlara da çağrılmadı. Yeri gəlmişkən, Abubakar “Neftçi”dən illik 850 min manata yaxın gəlir əldə edəcək.

Noyabr...
Düzdü, noyabrda həm də millimizlə bağlı hadisələr baş verib. Dəqiq desək, yığma DÇ-2026-nın seçmə mərhələsində evdə İslaniyaya 0:2, Fransaya isə 1:3 hesabıyla uduzub. Lakin bu matçları xatırlamaq bizə yalnız acı verir. Ona görə ki, belədə komandamızın qələbə həsrəti 16 matça (!) çatıb. Axı milli sonuncu qələbəsini Qazaxıstanla yoldaşlıq oyununda (3:2) əldə edib. Özü də ötən il, daha dəqiqi, iyunun 11-də. Odu ki, yeni il əhval-ruhiyyəmizi korlamamaq məqsədilə noyabrda həm də AFFA Hakimlər Komitəsinin sədri Frank de Blekerenin vəzifəsindən azad edildiyini, onu bu postda Rəhim Həsənovun əvəzlədiyini xatırladaq. Ümid edək ki, yerli mütəxəssis 2026-cı ildə hakimliyimizin səviyyəsini önə çəkmək üçün əlindən gələni əsirgəməyəcək. Noyabr həm də “Neftçi”nin Samir Abasovun istefaya göndərməsiylə yadda qaldı. “Ağ-qaralar” hələ mövsüm yarılanmamış gördü ki, bu mütəxəssis də komandanın avrokuboklara vəsiqə qazanmasına nail ola bilməyəcək. İndi onu ukraynalı Yuri Vernidub əvəz edib.

Dekabr...
Bəhsə yekun vurmaq üçün çox uzağa getməyə ehtiyac yoxdu. Dekabr “Sabah”ın “qış çempionu” olmasıyla yadda qaldı. Masazır təmsilçisi bunu Misli premyer-liqasının 16-cı turunda keçirilən oyun çərçivəsində “Sumqayıt”ın meydanından qalib ayrılmaqla (3:1) bacardı. Əvvəlki tur evdə son 4 mövsümün qış çempionu “Qarabağ”a qalib gəlməklə (2:1) liderliyi ələ keçirən “bayquşlar”tarixində ilk dəfə fasiləyə 1-ci pillədə yollandı. Maraq üçün xatırladaq ki, Valdas Dambrauskasın rəhbərliyi altında döyüşən komanda 13 oyundu uduzmur! Heç şübhəsiz, bizi çox gərgin çempionluq mübarizəsi gözləyir. “Sabah”, yoxsa “Qarabağ”? 2026-ya bu sualın cavabını təxmin etməkdə çətinlik çəkməklə daxil olmaq həqiqətən çox ləzzətlidi!

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

15-01-2025, 22:0

"Flamenqo" Juninyoyla müqavilənin müddətini açıqladı

Ölkə futbolu

15-01-2025, 22:0

Juninyo rəsmən "Flamenqo"da

Ölkə futbolu / Manşet

11-01-2025, 18:0

"Qarabağ"la "Flamenqo" prinsipial razılıq əldə etdi! - Juninyo Braziliyaya nə vaxt yollanır?

Dünya futbolu

21-12-2025, 10:0

Juninyonun yeni klubu - RƏSMİ

Ölkə futbolu / Manşet

21-01-2025, 13:0

"Qarabağ"ın müqaviləsinin şok gizlinləri: Juninyo 5 milyon avrodan baha satılıb!

Aktual / Ölkə futbolu

9-01-2025, 10:0

“Flamenqo”nun Juninyo planı ifşa olundu, “Qarabağ” qəzəbləndi – futbolçu hardadı?

Aktual
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
“Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
“Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
“Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
Son xəbərlər
  • Bu gün, 18:34
    Dünya çempionu əməliyyat olundu
  • Bu gün, 18:00
    “Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
  • Bu gün, 17:25
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Bu gün, 16:54
    UEFA-dan Əliyar Ağayevə yeni təyinat
  • Bu gün, 16:33
    Milli komandaya qayıtdı
  • Bu gün, 16:02
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 15:31
    Şimali Amerikaya yollandı
  • Bu gün, 15:02
    “Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
  • Bu gün, 14:44
    "Orhus" - "Sabah" matçının hakimləri açıqlandı
  • Bu gün, 14:14
    “Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
  • Bu gün, 13:45
    Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
  • Bu gün, 13:28
    “Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
  • Bu gün, 12:57
    "Əsas məqsəd futbola yeni azarkeşlər qazandırmaqdı" - Cahangir Fərəcullayev
  • Bu gün, 12:20
    Murad debüt etdi, komandası mərhələ adladı
  • Bu gün, 11:57
    Azərbaycan futbolunda "Fantasy" dövrü başladı
  • Bu gün, 11:28
    Meksikadan vətəninə qayıtdı
  • Bu gün, 10:57
    “Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
  • Bu gün, 10:36
    Milli komandaya qayıtdı
  • Bu gün, 10:15
    "İnsanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?” - ÇSKA-nın baş məşqçisi
  • Bu gün, 09:54
    "Futbolçular 120 dəqiqəlik oyuna tam hazır deyillər" - Qurban Qurbanov
  • Bu gün, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
  • Bu gün, 00:30
    Mahir oynadı, komandası KL-də mərhələ adladı
  • Dünən, 23:56
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:20
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
  • Dünən, 22:41
    “Bizim sirrimiz yox idi” – “Payde”nin baş məşqçisi
  • Dünən, 22:04
    Holann və Yamalın dəyəri rekord həddə çatdı - Vozinya, nəhayət, özünə klub tapdı
  • Dünən, 21:31
    "Sumqayıt" "Şamaxı"ya qalib gəldi
  • Dünən, 21:08
    ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 20:43
    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək
  • Dünən, 20:20
    Yeni mövsümün startını buraxacaq
  • Dünən, 19:59
    "Dinamo-Minsk" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Dünən, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Dünən, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 216
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 125
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 120
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə