• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Zaqatala”da da Əsasnaməni yaxşı şəkildə bilən şəxs olmalıdı" - Sənan Abdullayev

Aktual / Ölkə futbolu

29-12-2025, 20:0

Xəbər verdiyimiz kimi, AFFA İntizam Komitəsinin dekabrın 23-də keçirilən iclasında 1-ci liqa komandası “Zaqatala”ya texniki məğlubiyyət verildi. Futbol qurumu bu qərarı həm də 1200 manat cərimələnən bölgə təmsilçisinin 11-ci turda MOİK-i qəbul etdiyi matçda legioner limitini pozmasıyla əlaqələndirdi.

Xatırladaq ki, bu mövzuda daha ətraflı məlumat almaq üçün baş məşqçi Rüstəm Məmmədovla əlaqə saxlamışdıq:

“53-cü dəqiqədə Habibu Abdurəşid qırmızı vərəqə alaraq meydanı tərk etdi. Belədə meydanda iki legioner futbolçu qaldı. Legioner limitinin pozulması üçün bu say 3-ü keçməlidi. Biz də 61-ci dəqiqədə Matondo Lumbu Preddini meydana buraxdıq. Təbii ki, bundan əvvəl qaydalarla bağlı bilgi almaq üçün oyundakı baş hakim (Rəvan Həmzəzadə), hakim-inspektor (Munis Abdullayev) və AFFA nümayəndəsinə (Mübariz Hüseynov) müraciət etdik. Lakin onlar məlumatlı olmadıqlarını bildirdilər. Biz də hesabda geridə olduğumuzdan növbəti legionerə şans verdik. Görünür, qərarı yanlış anlamışıq. Sən demə, qırmızı vərəqə alan futbolçu da Əsasnamədə həmin limitə daxil olurmuş. Hər halda, səhvə yol verməsək, cəza almazdıq. Düşünürük ki, bizi bu barədə maarifləndirməliydilər. Düzdü, həmin oyunda onsuz da 1:3 hesabıyla uduzmuşduq. Lakin qalib gəlsək, indi çox acınacaqlı durum ortaya çıxacaqdı”.
Maraqlıdı, bəs, Peşəkar Futbol Liqasının bu məsələ ilə bağlı mövqeyi necədi? Hər halda, Rüstəm bəyin dedikləri yetərincə ciddi problemləri gün üzünə çıxarır. Təsəvvür edin, AFFA nümayəndəsinin, hakim-inspektorun, baş hakimin Əsasnamənin tələblərindən xəbəri yoxdu. Bununla belə, baş məşqçi bu mövzuda maarifləndirilməli olduqlarını düşünür. Qurumun Media və marketinq üzrə direktoru Sənan Abdullayevi dinləyək:
“Əvvəla onu deyim ki, bu məsələ ilə bağlı Əsasnamədə konkret bəndlər mövcuddu. Belə ki, Əsasnamənin 3-cü maddəsinin 13.1 və 13.2 bəndlərində qeyd olunur ki, 1-ci liqada limit 8+3 prinsipinə uyğun müəyyənləşdirilir. Start heyətində 8 nəfər Azərbaycan vətəndaşı olan futbolçu yaş limiti olmadan iştirak edə bilər. Start heyətində maksimum 3 legioner futbolçu ola bilər. Komanda 11 futbolçudan az oyunçu ilə meydana çıxmaq məcburiyyətindədisə, bu zaman legioner futbolçu limiti pozulmamalıdı. Həmin maddənin 15-ci bəndində isə qeyd olunur ki, əvəzetmə zamanı limit pozulmamalıdı. 19-cu bəndin 6-cı alt bəndinə görə isə əvəzetmə zamanı futbolçulara tətbiq olunan limit pozularsa, bu zaman məsələ AFFA İntizam Komitəsində müzakirəyə çıxarılır. Onu da bildirək ki, Əsasnamə təkcə klublar üçün yox, həm də futbolda çalışanlar bütün şəxslərə aiddi. İstər AFFA nümayəndəsi olsun, istərsə də PFL əməkdaşları. Hər kəs Əsasnaməni maksimum dərəcədə bilməlidi. Təbii ki, maddələri əzbərləmək olmaz. Sadəcə, “Zaqatala”da da Əsasnaməni yaxşı şəkildə bilən şəxs olmalıdı. Baş məşqçinin bilməməsi başadüşüləndi. Əvvəlcə AFFA nümayəndəsindən yox, klub nümayəndələrindən soruşmaq vacibdi. Bu problem yaşanana qədər ətraflı məlumat olmalıdı. Belə hallara 1-ci liqada tez-tez rast gəlsək də, premyer-liqada nadir hallarda görünür. Çünki bu liqada Əsasnamədən xəbərdar olan, məhz bu məsələlərdə cavabdehlik daşıyan şəxslər var. Həm də etiraf edək ki, premyer-liqa klubları peşəkarlıq baxımından bir addım öndədi. AFFA nümayəndəsinin, hakim-inspektorun və ya başqasının Əsasnaməni bilməməsi isə öz problemidi. O başqa məsələ ki, əlbəttə, bilməlidilər. Yenə də klub daxilində Əsasnamədən məlumatı olan şəxslər olmalıdı. Yox, 1-ci liqa klubları bu yöndə maariflənmək, təlim almaq istəyirlərsə, biz həmişə hazırıq. PFL-in hansısa klubun müraciətinə “yox” dediyini xatırlamıram. Xüsusən bu yöndə təbliğata hazırıq”.
KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Aktual

24-12-2025, 18:0

“Bizi bu barədə maarifləndirməliydilər” – Rüstəm Məmmədov texniki məğlubiyyətin səbəbini açıqladı

Ölkə futbolu

23-12-2025, 15:0

"Zaqatala"ya texniki məğlubiyyət verildi

1-ci liqa

20-02-2023, 22:0

18-ci turun təyinatları açıqlandı

1-ci liqa

14-03-2022, 12:0

Rəvan Həmzəzadə 1-ci divizionda

1-ci liqa

16-12-2022, 11:0

"Zaqatala" - "Araz Naxçıvan" matçını bu hakim idarə edəcək

1-ci liqa

7-02-2023, 13:0

16-cı turun təyinatları

Aktual
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
“Mənlə maraqlanan klublar var” – Elgiz Kərəmli
"Sumqayıt"ın yeni baş məşqçisi nə vaxt açıqlanacaq? - rəsmi açıqlama
“Klub 1-ci liqada iddialı olmaq istəyirsə, bir neçə tələb yerinə yetirilməliydi” – Fizuli Məmmədov danışdı
"Turan Tovuz" Konfrans Liqasından uzaqlaşdırılıb? - rəsmi açıqlama gəldi!
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Son xəbərlər
  • Bu gün, 23:19
    Cüdoçularımız Qratsda beş medal qazandı
  • Bu gün, 22:52
    Fransa millisinin qapıçısı Şahruddinə hədiyyə göndərdi
  • Bu gün, 22:21
    Arda ÇL-nin ən yaxşı gənc futbolçusu seçildi
  • Bu gün, 21:50
    İqor Ribeyro: “Neftçi”dən təklif alanda çox sevindim” - VİDEO
  • Bu gün, 21:19
    Həftənin rəmzi komandası açıqlandı - ÇL
  • Bu gün, 20:48
    “Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
  • Bu gün, 20:17
    Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu seçildi
  • Bu gün, 19:48
    Yığmamızın heyəti və rəqibi açıqlandı - Qəbələdə iki oyun
  • Bu gün, 19:17
    “Mənlə maraqlanan klublar var” – Elgiz Kərəmli
  • Bu gün, 18:46
    "Şamaxı"da daha bir ayrılıq
  • Bu gün, 18:15
    "Sumqayıt"ın yeni baş məşqçisi nə vaxt açıqlanacaq? - rəsmi açıqlama
  • Bu gün, 17:44
    "Zirə" 5 futbolçuyla vidalaşdı
  • Bu gün, 17:18
    Sterlinq nəyə görə saxlanılıb?
  • Bu gün, 16:47
    Gözlənilən keçid rəsmiləşdi
  • Bu gün, 16:19
    Milli komandanın kapitanı oldu
  • Bu gün, 15:45
    “Klub 1-ci liqada iddialı olmaq istəyirsə, bir neçə tələb yerinə yetirilməliydi” – Fizuli Məmmədov danışdı
  • Bu gün, 15:28
    Dünya çempionatında iştirak etməyəcək
  • Bu gün, 14:58
    Slotun yerini kim tutacaq?
  • Bu gün, 14:20
    Millinin təlim-məşq toplanışı başladı
  • Bu gün, 13:58
    Asif Əsgərov UEFA-nın baş katibinin müavini və FİFA prezidenti ilə görüşdü
  • Bu gün, 13:55
    Türkiyə yığmasının üzvü yeni imici ilə hər kəsi təəccübləndirdi
  • Bu gün, 13:16
    İkardi ''Qalatasaray'' rəhbərliyini bezdirdi!
  • Bu gün, 12:49
    Milli Qazaxıstanla qarşılaşacaq
  • Bu gün, 12:25
    Quti Arda Gülər haqda nə dedi? - ''İşlər qaydasında getmədikdə...''
  • Bu gün, 11:54
    "Turan Tovuz" Konfrans Liqasından uzaqlaşdırılıb? - rəsmi açıqlama gəldi!
  • Bu gün, 11:23
    Məhəmməd Musayev qızıl medal qazandı - Avropa Kuboku
  • Bu gün, 10:52
    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
  • Bu gün, 10:24
    Rəvan getdi, Nurəziz gəldi - millinin heyətində dəyişiklik
  • Bu gün, 10:13
    "Sabah" Sekidika ilə yolları ayırdı - RƏSMİ
  • Bu gün, 10:01
    16 ildən sonra ölkəsinə qayıtdı
  • Bu gün, 09:01
    Premyer-liqadan çempionşipə üz tutacaq
  • Dünən, 23:59
    ''Trabzonspor'' son bir ayda öz transfer rekordunu ikinci dəfə yeniləyə bilər
  • Dünən, 23:03
    Çempionlar Liqasının qalibi PSJ oldu!
  • Dünən, 20:27
    Ter Ştegenin yolu haradı?
  • Dünən, 19:50
    Macarıstan üçün tarixi an
Daha çox
Oxunub: 396
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 261
Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
Oxunub: 208
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 199
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 195
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Oxunub: 182
“Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə