"Zaqatala"ya texniki məğlubiyyət verildi

23.12.2025 15:42 19
Ölkə futbolu
AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Football-plus.az" xəbər verir ki, toplantıda 1-ci liqanın 11-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.

“Zaqatala” – MOİK oyununun 63-cü dəqiqəsində MOİK-in futbolçusu Nihad Qurbanlı rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb, MOİK 300 manat cərimə edilib. Matçın 53-cü dəqiqəsində “Zaqatala”nın futbolçusu Habibu Abdurəşid ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalandırılıb, klub 300 manat cərimə edilib.

Bundan başqa, "Zaqatala” legioner limitini pozduğuna görə komandaya 0:3 hesablı texniki məğlubiyyət verilb, klub 1200 manat cərimə edilib.

“Şahdağ Qusar” – “Səbail” oyununda “Səbail”in 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 210 manat cərimə edilib.

“Difai” – “Mingəçevir” oyununun 31-ci dəqiqəsində “Difai”nin futbolçusu Musa Musazadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb, “Difai” 150 manat cərimə edilib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul