Həm uduzdu, həm də çənəsi qırıldı

27.12.2025 13:40 8
İdman
Amerikalı bloger və boksçu Ceyk Pol britaniyalı Entoni Coşua ilə döyüşdən sonra çənəsindən əməliyyat olunub.

"Football-plus.az" xatırladır ki, dekabrın 20-də Mayamidə keçirilən döyüşün 6-cı raundunda Coşua rəqibini nokauta salıb.

Pol sosial şəbəkə hesabında əməliyyatla bağlı bunları yazıb: “Əməliyyat yaxşı keçdi, sevgi və dəstəyə görə sağ olun. Hər iki tərəfdən iki titan plastin qoyulub. Bəzi dişlərim çıxarılıb. Yeddi gün ərzində yalnız maye qəbul etməliyəm, əlvida hot-doq”.

28 yaşlı Pol karyerası boyunca keçirdiyi 14 döyüşün 12-də qalib gəlib, 2-də uduzub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul