Səudiyyə Ərəbistanının əyləncələr idarəsinin rəhbəri Turki Əl əş-Şeyx sosial şəbəkə hesabında ukraynalı boksçu Aleksandr Usiklə britaniyalı Tayson Füri arasındakı döyüşün dekabrın 21-də Ər-Riyadda keçiriləcəyini təsdiqləyib.
Boksçular arasındakı ilk döyüş mayın 18-də keçirilib və Usikin qələbəsi ilə bitib. Ukraynalı 21-ci əsrdə ağır çəkidə ilk mütləq dünya çempionudu. Onun hesabında 22 qələbə var.
Füri isə 34 döyüşdə udub, 1-də uduzub. Onun daha bir döyüşü heç-heçə bitib.