Eşqin Tağıyev mükafatlandırıldı

8.04.2025 14:44 11
Ölkə futbolu
2-ci liqada “Ayın qolu” layihəsi çərçivəsində “Qusar”ın futbolçusu Eşqin Tağıyev mükafatlandırılıb.

"Football-plus.az" xəbər verir ki, fevral ayının ən yaxşı qolunun müəllifinə mükafatı 20-ci turun "Qusar" - "Lerik" oyunundan əvvəl Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev təqdim edib.