Santyaqo Ximenes 2025-ci ili erkən başa vurub.
"Football-plus.az" xəbər verir ki, “Milan”ın hücumçusu ayaq biləyindən əməliyyat edilib. Klubun mətbuat xidmətinin xəbərinə görə, əməliyyatda əsas məqsəd sümüyün bərpasıdı. Futbolçunun təxminən 6 həftə sonra yaşıl meydana qayıda biləcəyi gözlənilir.
Meksikalı hücumçu bu mövsüm A seriyasında 9 matçda iştirak edib və qol vura bilməyib.